“Braqa”da yeni ruh: “Qaranlıq gün tarixdə qaldı, indi günəşin parlaması vacibdi”

22.02.2024 19:45 214
Manşet / Avropa Liqası
Portuqaliyanın “A Bola” nəşri Avropa Liqasının pley-offunun “Qarabağ” – “Braqa” oyunu haqda yazı dərc edib.

“Football-plus.az” xəbər verir ki, mətbu orqan yazıda komandanın dirçəlməsinin vacibliyini vurğulayıb:

“Həmin qaranlıq gün (ilk oyun nəzərdə tutulur – red.) tarixdə qaldı. İndi günəşin parlaması vacibdi. “Braqa” dörd nahiyədə olan yarasını sağaldaraq Bakıya yollanıb. İndi hər şeyə aydınlıq gələcək. Döyüşçülərimiz ya mərhələ adlayıb növbəti rəqibini gözləyəcək, ya da Avropa Liqası həyəcanı təkrarlanmayacaq. Artur Jorjenin komandası Portuqaliyada uduzmadı. Başverənlər uduzmaqdan daha artıq idi... Amma bu vəziyyəti düzəltmək üçün şans var. Normal şərtlərdə “Braqa” hər cəhətdən üstündü. Lakin ilk oyun göstərdi ki, hər şey bununla bitmir. “Silah ustaları” mənzilə çatmaq üçün çox pedal çevirməlidi. Zəfərdən sonra işləmək çox asandı. “Braqa” məğlubiyyətdən sonra çox çalışdı və indi azarkeşlərini sevindirəcək. Çox çətindi, amma mümkünsüz deyil. Bu gün komandamızın Portuqaliyadan Azərbaycana daşıdığı ümid işığı sayəsində isinəcəyik!”.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul