“Braqa” Portuqaliyada növbəti dəfə "yaralandı" - azarkeşləri komandadan üz çevirdi!

22.02.2024 16:45 669
Manşet / Avropa Liqası
“Qarabağ” bu gün Avropa Liqasının pley-offunda “Braqa”yla qarşılaşacaq. Adətən, belə vacib oyunlarda azarkeşlərin dəstəyi maksimum həddə olur. Lakin Portuqaliya təmsilçisinin bu yöndə bəxti gətirməyib.

“Football-plus.az”ın ojogo.pt saytına istinadla məlumatına görə, “silah ustaları”nın iki böyük fanklubu var: “Braqa red boyz” və “Braqa legionları”. Azarkeş qrupları komanda “Qarabağ”a məğlub olduğu üçün rəhbərliyin və baş məşqçi Artur Jorjenin istefasını tələb edib. Bildiriblər ki, çempionat oyunlarına da gəlməyəcəklər. Daha sonra klubla tərəfdarlar arasında görüş keçirilib və söz verilib ki, “Braqa” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanacaq. Bunun sayəsində barışıq əldə olunub, lakin mehriban münasibətlər uzun çəkməyib.

Azarkeşlər 22-ci turun “Braqa” – “Farense” (2:1) matçını izləmək üçün stadiona getələr də, 60-cı dəqiqədə tribunaları tərk ediblər. Çünki polis əməkdaşı yasaq əşya ilə stadiona daxil olan fanklubun qadın üzvlərindən birini tribunadan qovub. Belədə bütün fanklub üzvləri oyunu izləməkdən imtina edib. Bu barədə klub rəhbərliyinə müraciət ünvanlanıb. Qeyd edilib ki, himnlərinin səsləndirilməsinə və hazırladıqları pankartların nümayiş etdirilməsinə icazə verilmədiyindən komandaya dəstəyi dayandırıblar. İndi “Qarabağ” – “Braqa” matçının necə bitəcəyi gözlənilir. Hadisələlərin necə cərəyan edəcəyi məhz bu oyunun nəticəsindən asılıdı...

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul