Oyundan əvvəl Qurban Qurbanovla görüş keçirildi

22.02.2024 15:33 217
Ölkə futbolu
"Qarabağ"ın prezidenti Tahir Gözel bu gün klubun bazasını ziyarət edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı açıqlamada bildirilib. Tahir Gözel “Qarabağ” - “Braqa” oyunu öncəsi baş məşqçimiz Qurban Qurbanovla görüşüb. O, bu axşam baş tutacaq oyunda komandasına uğurlar arzulayıb.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" matçı bu gün yerli vaxtla saat 21.45-də başlanacaq. Bu komandaların Portuqaliyadakı ilk görüşündə Azərbaycan çempionu i 4:2 hesabı ilə qələbə qazanıb.