Çempion oldu, postunda qaldı

22.02.2024 13:08 180
Dünya futbolu
Kot d’İvuar Futbol Federasiyası milli komandanın baş məşqçisi ilə bağlı yekun qərarını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Emers Faenin təyinatı təsdiqlənib.

Federasiyanın mətbuat xidmətinin məlumatına görə, onun bir neçə gün əvvəl qazandığı böyük uğur statusunun dəyişməsinə şərait yaradıb. Milli komanda fevralın 11-də Afrika Millətlər Kubokunun finalında Nigeriyaya qalib gələrək (2:1) turnirin çempionu olub. Xatırladaq ki, qitə çempionatı zamanı Kot d’İvuar yığmasının baş məşqçisi Jan-Lui Qasse istefaya göndərilmiş, fransalının səlahiyyətləri müvəqqəti Faeyə həvalə edilmişdi. 40 yaşlı mütəxəssis artıq baş məşqçi vəzifəsini daimi əsasda icra edəcək.