Lakin üzərinə düşəni yerinə yetirmədiyi üçün transfer qadağasına məruz qalmışdı. “Turan” artıq Emilə ödəməli olduğu məbləği ödəyib. Balayevin bu məhkəmə prosesindəki uğurunda əsas pay sahibi olan Elcan Həsənliylə əlaqə saxladıq:
“Bildiyiniz kimi, klub oyunçuya müqavilənin ləğv edilməsinə görə təzminat ödəməlidi. Bu proses icra olunmadığına görə FİFA-ya müraciət etdik. Bundan sonra FİFA-nın Mübahisələrin Həlli Palatası Emilin xeyrinə qərar verdi. 45 gün ərzində klub bu məbləği ödəmədi. Ardından FİFA-nın İntizam Komitəsinə müraciət etdik və kluba transfer qadağası qoyuldu. Bu qərardan sonra klub üzərinə düşən öhdəliyi yerinə yetirdi. Bu barədə biz FİFA-ya məlumat verdik. Yəqin ki, transfer qadağası klubun üzərindən götürüləcək. Məbləğ məsələsinə gəlincə, təəssüf ki, bunu deyə bilmərəm”.
Təcrübəli hüquqşünas eyni zamanda Tural Bayramlının da vəkili olduğu üçün “Səbail”in təzminatı ödəyib-ödəmədiyini və bunun üçün məhkəməyə müraciət edib-etməyəcəklərini soruşduq:
“Ümumiyyətlə, bu məsələdə ödəniş olunmayanda İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək barədə tərəflərin elə bir hüququ yoxdu. Biz yalnız AFFA-ya müraciət edib, kluba qarşı hansısa sanksiya verməsini tələb edə bilərdik ki, AFFA-nın qanuna minmiş qüvvəsini icra eləmir. Buna görə İntizam Komitəsinə müraciət edə bilərik”.
KAMAL SƏFƏR



