• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Legiya” - Mahir Emreli çəkişməsinin şok detalları

Ölkə futbolu / Manşet / Günün xəbəri

8-10-2022, 10:0

FİFA millinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

Bu barədə 25 yaşlı hücumçunun sabiq klubu Polşa "Legiya"sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski “tvitter” səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hazırda Zaqreb "Dinamo"sunda çıxış edən forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub. Həmçinin FİFA-nın Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytarana qədər onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

Ortada borc varsa, Mahir bu pulu ödəməyibsə, deməli, məsuliyyətsizlik edib, günahkardı. Belə olmasaydı, FİFA futbolçunu cəzalandırmazdı. İndiki halda onun “Legiya”ya borcunun hansı səbəbdən yarandığı sual doğurur. Qarışıq məqamlar çoxdu. Məsələyə aydınlıq gətirmək üçün idman hüquqşünası Elcan Həsənli ilə əlaqə saxladıq:

“FİFA-nın Mübahisələrin Həlli Palatasının 3 avqut 2022-ci il tarixli qərarına əsasən deyə bilərik ki, Mahir Emreli ilə “Legiya” arasında olan müqavilə 2022-ci il fevralın 2-də ləğv olunub. Həmin anlaşmaya görə, azərbaycanlı futbolçu fevralın 7-nə kimi 700 min avro ödəməli idi. Noyabra kimi isə klubun hesabına hər ayın 15-dək 25 min avro köçürməliydi. Mahir bunu müqavilənin ləğvi üçün etməli idi. Lakin ödəmələrdə gecikmə olur. Belə ki, tərəflərin sazişinin 1.6-cı bəndində izah olunur ki, ödənişlərin vaxtı çatanda klub futbolçuya bildiriş göndərir. Pulun verilməsi üçün isə 5 gün vaxt qoyulur. Razılaşmaya görə gecikmə olanda futbolçu qalan bütün borcu ödəməlidi. 50 min manat da gecikməyə görə verməlidi. Bundan əlavə, hər gecikmə dövrü üçün 18 faiz cərimə tətbiq olunur. Bu da 1.6-cı bənddə əksini tapıb. Martın 15-də ikinci ödənişi etməsi üçün bildiriş göndərilib. Lakin futbolçu pulu köçürməyib. Aprelin 4-də yenidən 10 gün vaxt verilib ki, borc ödənilsin. Mahir yenə ödəniş etməkdən boyun qaçırıb. Bu səbəbdən də klub mayın 9-da FİFA-nın Mübahisələrin Həlli Palatasına müraciət edib. Onlar yuxarıda qeyd etdiklərimi qurumdan tələb edib. Proses davam edən müddətdə Mahir iyunun 14-də və iyulun 18-də hər dəfə 25 min avro ödəniş edib. Bundan sonra futbolçunun 50 min avro borcu qalıb. Qalan məbləği isə Mahir sentyabr və oktyabrda ödəyəcəyini bildirib. Cərimə ilə bağlı özünü müdafiə etməkdən isə imtina edib. Lakin FİFA-nın Mübahisələrin Həlli Palatası “Legiya”nın şikayətini təmin edib. Onlar bildirirlər ki, Emreli həqiqətən də ödənişi gecikdirb. Bu səbəbdən də 1.6-cı bənddə olan 50 min avro gecikdirmə pulunun ödənilməsini tələb ediblər. Mahir razılaşmada göstərilən 18 faizi də verməlidi. Ümumilikdə isə millimizin üzvünün “Legiya”ya 100 min avro ödəməsi tələb olunur”.

Gördüyünüz kimi, futbolçu ödəniş etmədiyi üçün FİFA belə qərar verib. Bəs bunun həlli yolu nədi? Emreli pulu ödəməsə, nə olacaq? Elcan vəyin cavabı belə oldu:
“Mahir bu qərar açıqlandığı müddətdən sonra 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, bildiriş gələndən 45 gün ərzində ödənişi edə bilər. Bunu etməsə, 6 ay futbolla məşğul olmasına məhdudiyyət qoyulacaq. Yenə ödəniş olmasa, daha ağır cəzalandırılması üçün iş FİFA-nın İntizam Komitəsinə göndəriləcək”.


Qeyd edək ki, Mahir Emreli 2021/22 mövsümünün birinci yarısını "Legiya"da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk "Visla"sı ilə ekstraklasanın 18-ci turunun oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulub. Onlar Emreli ilə Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb "Dinamo"suna keçib.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

6-10-2022, 21:0

FIFA Mahir Emrelini cəzalandırdı

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 280
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 206
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə