“Biz iki ildi çempionuq, “Zirə” harda idi?” – Rizvan Fərzəliyev niyə qəzəbləndi?

20.02.2024 15:58
Aktual / İdman
16 komandanın iştirak etdiyi minifutbol üzrə ölkə çempionatında 10 tur geridə qalıb. “Zirə” 30 xalla vahid liderdi.

“Birbaşa Bakı” 24 xalla ikinci, “Odlar Yurdu” 21 xalla üçüncü pillədə qərarlaşıb. Niyə “Zirə”ilə bacarmırsız? Bu sualla “Birbaşa Bakı”nın baş məşqçisi Rizvan Fərzəliyevə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:

“Hələ qarşıda oyunlar var. Hələ bilinmir kim güclüdü, kim zəif. Amma son iki il kimin güclü olduğunu göstərir. Biz iki ildi çempionuq, “Zirə” harda idi?”

ƏSƏD SEYİDOV