"Zirə" və "Birbaşa Bakı" növbəti qələbəsini qazandı

15.02.2024 10:31 184
İdman
Minifutbol üzrə ölkə çempionatında 10-cu tur başa çatıb.

"Football-plus.az" xəbər verir ki, çempionatın vahid lideri "Zirə" 10-cu qələbəsini qazanıb.

Onlar bu dəfə "Abşeron"a qalib gəlib. Ölkə çempionu "Birbaşa Bakı" isə "Odlar Yurdu" komandasını məğlubiyyətə uğradıb.

Ölkə çempionatı, 10-cu tur

“Abşeron” – “Zirə” 0:3
“İnter” – “Real Bakı” 3:3
“Birbaşa Bakı” – “Odlar Yurdu” 4:1
“Dirçəliş” – “Veteran” 1:4