Minifutbol üzrə ölkə çempionatında 3-cü tura yekun vurulub.
“Football-plus.az" xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçirilib.
Çempionluğa iddialı “Zirə” yoluna itkisiz davam edir. “Sumqayıt”ı üstələyən adı çəkilən komanda ardıcıl üçüncü qələbəsini qazanıb.
Millimizin sabiq futbolçularından təşkil olunan “İnter” isə “Odlar Yurdu”na məğlub olub.
Qeyd edək ki, turun bir gün əvvəl keçirilən oyunlarında “Dirçəliş” “Siyəzən”ə (7:2), “Birbaşa Bakı” “Dinamo Gəncə”yə (9:1) qalib gəliblər. “Real Bakı” – “Aznur” (2:2) və “Atəşgah Suraxanı” – “Abşeron” (3:3) görüşləri heç-heçə yekunlaşıb.
Ölkə çempionatı
3-cü tur
“Baku Fire” – “Turan” 1:1
“Odlar Yurdu” – “İnter” 4:3
“Veteran” – “Qalaksi Bakı” 3:3
“Zirə” – “Sumqayıt” 5:1