Srağagün keçirilən üç oyundan biri ilə bağlı maraqlı məqamlar var.
"Football-plus.az" xəbər verir ki, evdə “Minnesota”ya uduzan “Arizona” ardıcıl 7-ci məğlubiyyətlə barışdı. “Minnesota”nın qələbəsinə məhsuldar ötürmə ilə töhfə verən Kirill Kaprizov cari mövsümdə xal sayını 50-yə (20+30) çatdırdı. O, klubun tarixinə ardıcıl dörd mövsümdə 50 xal toplamağı bacaran ilk rusiyalı oyunçu kimi düşdü. Kaprizova qədər 4 və daha artıq mövsümdə minimum 50 xal toplayan hokkeyçilər bunlardı: Zak Parize (4 mövsüm), Marian Qaborik (5), Mikko Koyvu (7).
15 fevral
Vinnipeq – San-Xose 1:0 (1:0, 0:0, 0:0)
Pittsburq – Florida 2:5 (0:0, 1:4, 1:1)
Arizona – Minnesota 1:3 (0:1, 0:1, 1:1)
16 fevral
Baffalo – Florida 0:4 (0:1, 0:1, 0:2)
Boston – Sietl 1:4 (1:1, 0:1, 0:2)
Nyu-Cersi – Los-Anceles 1:2 (0:0, 1:1, 0:1)
Ottava – Anahaym 1:5 (0:1, 0:2, 1:2)
Reyncers – Monreal 7:4 (0:1, 4:1, 3:2)
Tampa-Bey – Kolorado 6:3 (2:1, 0:1, 4:1)
Toronto – Filadelfiya 4:3 ОТ (0:1, 3:0, 0:2, 1:0)
Sent-Luis – Edmonton 6:3 (1:2, 4:0, 1:1)
Neşvill – Dallas 2:9 (0:4, 2:3, 0:2)
Çikaqo – Pittsburq 1:4 (0:2, 1:0, 0:2)
Kalqari – San-Xose 3:6 (1:0, 1:3, 1:3)
Vankuver – Detroyt 4:1 (2:0, 1:1, 1:0)