U-17 milli komandamız Minskdədi.
Xəbər verdiyimiz kimi, yeniyetmələr fevralın 18-24-ü aralığında Belarusun paytaxtında keçiriləcək beynəlxalq turnirin iştirakçısıdı. Komandanın baş məşqçisi İlham Yadullayevin “Football-plus.az”a dedikləri:
“Hazırda Minskdəyik. Şükür, hər şey yaxşıdı. Bura 18 sahə oyunçusu, 2 qapıçı ilə gəlmişik. Seleksiyadan sonra seçdiyimiz oyunçuları cəlb etmişik. Əsasən də xaricdə olan yerli futbolçularımızı oyunlarını izləmək üçün turnirə dəvət etmişik. İnşallah, yaxşı olar”.
Başqa ölkələrdə çıxış edən futbolçularımız bunlardı: Elgün Alışov, Fərid Abdinov, Həsən Məmmədli, Rafael Qaziyev, Nicat Nərimanov, İslam Həsənov.
Qeyd edək ki, millimiz fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.
KAMAL SƏFƏR