• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”ın oyununa türklər üçün uğursuz hakim

Dünya futbolu

15-02-2024, 17:0

Çempionlar Liqasında qrupunu 3-cü pillədə tamamlayaraq mübarizəni Avropa Liqasında davam etdirməli olan “Qalatasaray” bu turnirin pley-offunun ilk oyunu çərçivəsində Çexiya çempionu “Sparta”nı qəbul edəcək.

Avrokuboklarda keçirdiyi son 24 qarşılaşmanın yalnız 4-də uduzan (11 qələbə, 9 heç-heçə) İstanbul nəhəngi daha öncə bu rəqiblə 4 dəfə qarşılaşıb. Bu komandaların yolu ilk dəfə 1995/96-da UEFA kubokunun təsnifat mərhələsində kəsişib. O vaxt “Sparta” evdəki 3:1-lik qələbənin ardından İstanbulda 1:1 oynayaraq mərhələ adlamışdı. Növbəti duel 1997/98-də ÇL-in qrup mərhələsinə təsadüf edib. Həmin vaxt Praqada meydan sahibləri 3:0, İstanbulda isə “Qalatasaray” 2:0 üstün olmuşdu. “Cim-Bom” həmin vaxt Dortmund “Borussiya”sı və “Parma”nın da yer aldığı qrupu sonuncu pillədə başa vurmuşdu. “Sparta” isə 3-cü yeri tutaraq mübarizəni UEFA kubokunda davam etdirmişdi. Maraqlıdı ki, hazırda “Qalatasaray”ı çalışdıran Okan Buruk “Sparta”ya qarşı həmin 4 oyunun hamısında iştirak ərizəsində yer almışdı. O, 1995/96-da ilk oyunda 7, ikinci oyunda 2 dəqiqə oynamaq şansı qazanmışdısa, 1997/98-dəki hər iki matçı ehtiyat oyunçular skamyasında keçirmişdi. “Qalatasaray”ın indiyə qədər Çexiya klublarına qarşı keçirdiyi 8 qarşılaşmadan 3 qələbə, 2 heç-heçə, 3 məğlubiyyətlə ayrıldığını bildirək. “Sarı-qırmızılar” bu ölkə təmsilçilərindən “Sparta”dan başqa “Banik” və “Mlada Boleslav”la da üz-üzə gəlib. “Sparta” isə indiyə qədər Türkiyə təmsilçiləri ilə keçirdiyi 14 oyundan 6 qələbə, 2 heç-heçə, 6 məğlubiyyətlə ayrılıb.

Yeri gəlmişkən, bugünkü matçı ispaniyalı Alexandro Ernandes idarə edəcək. Bu ədalət təmsilçisi ilə bağlı ən diqqətçəkən fakt onun Türkiyə təmsilçiləri üçün düşərsiz olmasıdı. Məsələn, məhz Ernandesin idarəçiliyində 2019-un noyabrında AL-in qrupunda “Beşiktaş” evdə “Braqa”ya (1:2), 2021-in iyulunda ÇL-in 2-ci təsnifat mərhələsində “Qalatasaray” səfərdə PSV-yə (1:5) və həmin ilin sentyabrında AL-in qrupunda “Fənərbaxça” evdə “Olimpiakos”a (0:3) boyun əyib. Amma yığma səviyyəsində durum bir qədər fərqlidi. 2021-in martında İspaniyanın Malaqa şəhərində DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyənin Norveçi 3:0 darmadağın etdiyi qarşılaşmanı da bu hakim idarə etmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-12-2023, 23:0

''Qalatasaray'' ilə rəqibinin ortaq cəhəti nədi?

Dünya futbolu

1-09-2023, 10:0

Mahirin komandası Avropa Liqasında mübarizəni dayandırdı

Çempionlar Liqası

9-06-2023, 23:0

“Qalatasaray”ın ÇL-in qrupuna aparan yolu necədi?

Dünya futbolu

18-01-2023, 15:0

Okan Buruk rekordçular sırasında

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Bu gün, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Bu gün, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə