“Zirə” ardıcıl ikinci qələbəsini qazandı

14.12.2023 10:00 158
Ölkə futbolu
Minifutbol üzrə ölkə çempionatında 2-ci tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçirilib.

Çempionluğa iddialı “Zirə” ardıcıl ikinci qələbəsini qazanıb. Adı çəkilən komanda “Veteran”ı minimal fərqlə üstələyib.

Millimizin sabiq futbolçularından təşkil olunan “İnter” isə “Turan”la bərabərə qalıb.

Ölkə çempionatı, 2-ci tur
“Odlar Yurdu” – “Baku Fire” 6:1
“Veteran” – “Zirə” 1:2
“Turan” – “İnter” 3:3
“Galaxy” – “Sumqayıt” 3:0


Qeyd edək ki, turun digər oyunları dekabrın 12-də keçirilib.