MY-nin oyunçusu nə vaxt qayıdacaq?

10.02.2024 16:20 175
Dünya futbolu
Lisandro Martinesin aqibəti məlum olub.

“Mançester Yunayted”in mərkəz müdafiəçisi İngiltərə çempionatının 23-cü turunun “Vest Hem”lə oyununda (3:0) dizindən zədə almışdı. Yerli mənbələrin xəbərinə görə, argentinalı futbolçunun pərpa müddəti təxminən 6-8 həftə çəkəcək. Lakin onun əməliyyat olunmayacağı qeyd edilib.

Martines bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.