"Heydər Əliyev Kuboku" turnirinə yekun vuruldu

10.02.2024 15:55 250
İdman
"Şahdağ" Turizim Mərkəzində keçirilən həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turnirinə yekun vurulub.

“Football-plus.az” xəbər verir ki, altı yaş kateqoriyasında çıxış edən həvəskar xizəkçilərin mükafatlandırma mərasimi keçirilib.

18-25 yaş kişilər arasında Ramiz Ağayev birinci, Cəmil Qarayev ikinci, Arif Aşurbəyov isə üçüncü yerə layiq görülüb.

26-45 yaş kateqoriyalı kişilər arasında Rəşad Mədətov birinci, Amir Abdullayev ikinci, Emin Rəsulov isə üçüncü olub.

26-45 yaş kateqoriyalı qadınlar arasında Anna Vəliyeva birinci, Günay Abdullayeva isə ikinci yerə layiq görülüb.

46 yaş və yuxarı qadınların yarışında Mona Krems birinci yeri tutub.

46 yaş və yuxarı kişilərin yarışında Nikolay Podbereznikov birinci, Sergey Zaridov ikinci, Svoren Vlodemir isə üçüncü olub.

Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub.

Qeyd edək ki, "Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında “snowboard”, 24 fevralda isə uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.

KAMAL SƏFƏR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul