"Cəbrayıl" "Qarabağ"ın futbolçusu ilə müqavilə bağladı

8.02.2024 15:34 179
Ölkə futbolu
"Cəbrayıl" daha bir oyunçunu "rənglərinə bağlayıb".

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi "Qarabağ"ın U-19 komandasından Polad İbrahimovla anlaşıb. Yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2-ci liqada mübarizə aparan "Cəbrayıl" 30 xalla 3-cüdü.