“Qəbələ”nin yeni transferinin “Zirə”ylə oyunda debüt etmək ehtimalı var. Söhbət Klesio Baukdan gedir.
Bilindiyi kimi, mozambikli forvard Afrika Millətlər Kubokunda iştirak etdiyindən yeni komandasında rəsmi oyun keçirməyib. Futbolçunun Millətlər kubokundan geri döndüyünü bilirik. Bundan başqa, sabah "Qəbələ" Misli premyer-liqasının 21-ci turunda "Zirə"ni qəbul edəcək.
Görəsən, Baukun bu matçda debüt etmək şansı varmı?
"Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı "football-plus.az"ın sualını belə cavabladı: