Superliqa UEFA-ya çağırış etdi

2.02.2024 10:52 187
Dünya futbolu
Avropa Superliqasının rəhbərliyi UEFA-ya çağırış edib.

"Football-plus.az" xəbər verir ki, kağız üzərindəki layihənin təşkilatçısı olan “A22” şirkəti qitə futbol qurumunu Superliqa əleyhinə kampaniya aparmaq siyasətindən əl çəkməyə çağırıb.

Xatırladaq ki, ötən il dekabrın 21-də Avropa İttifaqı Məhkəməsi UEFA və FİFA-nın Superliqa əleyhinə yürütdüyü siyasətin qanunsuz olmasına qərar verib. UEFA-nın prezidenti Aleksander Çeferin bir neçə gün əvvəl heç kimin Superliqanın reallaşmasını istəmədiyini bildirib. İspaniya La Liqasının prezidenti Xavyer Tebas isə layihə reallaşacağı halda istefaya yollanacağını deyib. Çeferinin açıqlaması “A22” şirkətində daha çox narazılıq doğurub. UEFA-ya ünvanlanan məktubda belə deyilir:

“UEFA-nın son vaxtlar şirkətmiz, onun rəhbərliyi və biznes təşəbbüslərinin əleyhinə təbliğat aparması bizdə ciddi narahatlıq doğurur. UEFA-nın hərəkətləri yalnız beynəlxalq klub yarışlarında rəqabəti heçə endirməyə yönəlib. Bu hərəkətlər isə qanunsuzluqdu. Biz UEFA-ya qarşı bütün müvafiq hüquq müstəvilərində istənilən addımları atmaq hüququnu özümüzdə saxlayırıq. Bu hüququmuzdan yararlanmaqla UEFA-nın antirəqabətə söykənən davranış və hərəkətlərinin şirkətimizə, layihələrimizə və tərəfdaşlarımıza vurduğu maddi zərbələrin əvəzini çıxmaq imkanlarımızdan istifadə etməkdə qərarlıyıq”.