"Neftçi" ölkə kubokunda 40-cı səfər qələbəsini qazanıb

1.02.2024 10:00 196
Ölkə kuboku
“Neftçi” ölkə kubokunda 40-cı səfər qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

"Ağ-qaralar" Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında “Sumqayıt”a qalib gəlib – 3:2.

Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.

Qeyd edək ki, “Neftçi” ölkə kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadı.