“Neftçi” Azərbaycan kubokunda 50-ci ev qələbəsini qazanıb.
Football-plus.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. Bu, 1/4 finalın cavab oyununa təsadüf edib. “Ağ-qaralar” “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib.
“Neftçi” buna turnirdə öz meydanında keçirdiyi 80-ci matçda nail olub. Bakılılar ölkə kuboku tarixində evdə 50 və daha çox qələbə qazanan ikinci komandadı. Yalnız “Qarabağ” daha çox – 58 uğura sevinib.
Qeyd edək ki, “Neftçi” ölkə kubokunda bütün mövsümlərdə iştirak edən yeganə komandadı. “Ağ-qaralar”ın ilk ev qələbəsi 1993-cü ildə qeydə alınıb. Flaqman 1/32 finalda OİK-ə qalib gəlib – 6:0.