Portuqaliya “Braqa”sının daha bir futbolçusu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunları buraxacaq.
"Football-plus.az" xəbər verir ki, sol cinah müdafiəçisi Adrian Marin ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Yanvarın 14-də “Portu” ilə çempionat oyununda (0:2) sıradan çıxan ispaniyalı əməliyyat olunub. Həkimlər 27 yaşlı futbolçunun yalnız 4 həftədən sonra kollektivlə birgə olacağını açıqlayıb. Bu isə o deməkdi ki, Marin “Qarabağ”a qarşı fevralın 15-də və 22-də keçiriləcək qarşılaşmalarda məşqçilər korpusunun sərəncamında olmayacaq.
Qeyd edək ki, “Braqa”nın yarımmüdafiəçisi Bruma da zədə səbəbindən Azərbaycan çempionu ilə görüşləri buraxacaq.