• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” fasilədən sonra coşdu – REPORTAJ

Premyer-liqa / Reportaj

30-01-2024, 21:0

Bu oyun ərəfəsində hər iki komandanın düşərgəsində yeniliklərə şahid olmuşduq.

“Neftçi” Mutunu qış fasiləsində yola salıb, “sükanı” Miodraq Bojoviçə tapşırmışdı “Qəbələ” isə illərin təcrübəsi Səbuhi Səfiyarlını idman direktoru postuna gətirməklə böhrandan çıxmaq yolunda ciddi addım atmışdı. Düzdü, “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Sabah”la oyunda rəsmi debütünü reallaşdırmışdı. “Neftçi”nin həmin görüşü Masazırda keçirdiyini nəzərə alsaq, qəbul etməliyik ki, bizim çempionata isnişməyə çalışan əcnəbi mütəxəssis ilk dəfə doğma meydanda oynamağın həyəcanını yaşayırdı.

İtirməyə heç nəyi qalmayan “Qəbələ” oyuna heç də pis başlamadı. Turnir cədvəlində sonuncu olan “qırmızı-qaralar”ın bundan sonra hər qarşılaşmaya final ab-havasında çıxacağı məlum məsələdi. “Neftçi” ilə görüş də o sıradan vacib görüşlərdən biri idi. İlk 10 dəqiqədə “Qəbələ” özünü heç də qonaq kimi aparmadı. Zədə səbəbindən meydana çıxa bilməyən Brkiçi əvəzləyən Rza Cəfərovun qoruduğu qapıya doğru qonaq komanda bir neçə dəfə təhlükəli həmlə edə bildi. Bu dəqiqələr ərzində “Neftçi” Atanqanı və “Qəbələ”yə könül verən azarkeşləri həyəcanlandırmağı bacarmamışdı. 13-cü dəqiqədə oyunda məcburi fasilə yarandı. Məlum oldu ki, baş hakim İnqilab Məmmədovun köməkçiləri ilə əlaqəsini təmin edən rabitə qurğusunda problem yaranıb. Problem aradan qaldırıldıqdan sonra hər şey qaldığı yerdən davam etdi. 16-cı dəqiqədə Koffi sağ cinahdan sürətlə cərimə meydançasına daxil olsa da, topa yetişə bilmədi. Bundan bir dəqiqə sonra Atanqana iki cəhddə məharətini göstərməli oldu. Rəhman Hacıyevin o qədər də təhlükəli olmayan zərbəsini ispaniyalı qapıçı məhz iki cəhddən sonra ram edə bildi.

Hissənin ortalarına doğru komandaların fəallığı bir qədər səngidi. Düzdü, “Qəbələ”nin təzyiqi hiss olunurdu. Bununla belə, təhlükəni böyütmək heç də asan görünmürdü. 23-cü dəqiqədə Rza ustalığını göstərərək, Auaşeriyanın yaxın məsafədən vurduğu zərbəni dəf edə bildi. Buna qədər isə yan xətt hakiminin ofsaydı işarə edən bayrağı havaya qalxmışdı. 26-cı dəqiqədə Azər Salahlının başla ötürməsindən sonra Emin Mahmudov təhlükə yaratmağa yaxın oldu. Lakin Osama onun qarşısını kobudluqla alaraq, epizodun davamına imkan vermədi. Cərimə zərbəsindən sonra “Qəbələ”nin qapısı önündə qarışıqlıq yaransa da, Azərin zərbəsindən sonra oyundankənar vəziyyət qeydə alındı. Dəqiqələr irəlilədikcə komandalar daha ehtiyatla oynamağa çalışırdı ki, bunu da başa düşmək çətin deyildi. Həm “Neftçi”, həm də “Qəbələ” çalışırdı ki, fasiləyə qədər qapısının toxunulmazlığını qorusun. Qış fasiləsinə sonuncu pillədə yollanan “Qəbələ”nin “Neftçi”yə qarşı cəsarətli oynaması, rəqibdən çəkinməməsi də maraqlı görüntü idi. Hissənin son 10 dəqiqəsində top əsasən mərkəz dairəsininin ətrafında fırlanırdı, qapıya doğru həmlələr isə təsadüfi xarakterli olur, zəif zərbə ilə yekunlaşırdı.

41-ci dəqiqədə “Neftçi”nin qazandığı küncə zərbəsi də bu qəbildən oldu. Eminin qapıya doğru havalandırdığı topa komanda yoldaşlarından toxunan olmayınca “Qəbələ”nin qapıçısı təhlükəni çətinlik çəkmədən sovuşdurdu. İki dəqiqə sonra Salahlının kobud oyunundan sonra “Qəbələ” cərimə zərbəsi vurmaq hüququ qazansa da, bu şansdan istifadə etmək mümkün olmadı. Hiss etmək çətin deyildi ki, komandalar meydana xüsusi taktiki hazırlıqla çıxmayıb, “ev tapşırığı”ndan isə danışmağa heç dəyməzdi. Bütün bunların fonunda komandaların fasiləyə qolsuz yollanması heç də təəccüblü olmadı. İlk hissəyə əlavə olunmuş dəqiqə bitər-bitməz İnqilab Məmmədov futbolçuları fasiləyə yolladı.

Nəfəsini dərən futbolçular həlledici hissə üçün yenidən meydan çıxdı. Amma ikinci yarının startı da elə ilk hissəyə bənzəyirdi. “Qırmızı-qaralar” meydan sahiblərinə nisbətən fəal görünür, “Neftçi” isə xoşbəxtliyi əks-hücumlarda axtarırdı. Ümumilikdə komandaların bərabərsəviyyəli olduğu aşkar görünürdü. Bu mənada kimin sonuncu pillədə yer almasını, kimin mükafatlar uğrunda mübarizə apardığını görüntüyə əsasən müəyyənləşdirmək çətin idi. 53-cü dəqiqədə “Neftçi” hesabı açmağa yaxın oldu. Amma Atanqana ardıcıl iki epizodda məharətini göstərdi. 3 dəqiqə sonra “Qəbələ”nin qapısı qarşısında növbəti təhlükə yaşandı. “Neftçi”nin iki futbolçusu topu boş qalan qapıya göndərə bilmədi. Amma qarışıqlıqda Oçiqava Tamaşın formasından çəkib yerə yıxdı ki, bunun da “mükafatı” qırmızı vərəqə oldu. Epizoda VAR-da baxan İnqilab Məmmədov “Qəbələ”nin qapısına penalti təyin etdi. “Nöqtə”yə yaxınlaşan Emin Mahmudov büdrəmədi.

Hesab açılandan sonra say üstünlüyünə də yiyələn “Neftçi” daha rahat oynamağa başladı. Elmar Baxşıyev isə müdafiəçi İlkin Qırtımovu meydana buraxmaqla müdafiəni gücləndirməyə çalışdı. Bununla belə, 67-ci dəqiqədə “Neftçi” ikinci qolu vurdu. Rəhman Hacıyevin ötürməsini Valdes gözəl və gözlənilməz zərbə ilə qapıdan keçirdi. Həm sayca, həm də hesabda rəqibini üstələyən “Neftçi” bir qədər arxayınlaşdı ki, 87-ci dəqiqədə də bunun cəzasını çəkdi. Xalaylanın zərbəsini Rza dəf etsə də, düzgün mövqe seçən Emil Səfərov topu tora qovuşdur. Amma bu da oyunda sonuncu qol olmadı. Əsas vaxta artırılan 5-ci dəqiqədə Moreno oyundakı sonuncu qolu vurdu.

Gözdən qaçmadı
* Oçiqavanın qırmızı vərəqə aldığı epizodda Osama Xalayla, Urfan Abbasov və Murad Musayev hakimə və "Neftçi"nin futbolçularına etiraz bildirirdi. Yuri Matias onlarla söhbət edib sakitləşdirməyə çalışdı.
* Urfan butslarını İnqilab Məmmədova göstərərək, "bax, bax, buna bax" dedi. O, ədalət təmsilçisinin "Qəbələ"nin əleyhinə təyin edilən cərimə zərbəsi qərarıyla barışmaq istəmirdi.
* "Forza Neftçi" və "Neftçi Mania" növbə ilə fərqli nəğmələr oxuyur, şüarlar səsləndirirdi. "Red-Black Army" isə rəqibin ikinci qolundan sonra dəstəyi dayandırdı. 85-ci dəqiqədə, ümumiyyətlə, komandaya arxa çevirərək "formanı çıxarın, rədd olun, gedin!" dedilər.
* Emil Səfərov qol vurandan sonra dərhal qapıçı Rzadan topu alıb mərkəza aparmaq istədi. Lakin qolkiper topu qəsdən küncə atıb oyunun bərpasını ləngitdi.
* Yeni transfer Brayan Moreno debüt, Emin Mahmudov isə 19-cu matçında mövsümün ilk qoluna imza atdı.
* Bojoviç yetərincə qəzəbli idi. O, kiçik səhvlərə belə emosional reaksiya verirdi. Baxşıyev isə təmkinli davranır, bəzi epizodlarda yan xətt hakiminə etiraz bildirirdi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-12-2023, 13:0

“Bojoviçin təyinatı Azərbaycan üçün böyük uğurdu” - Azər Əliyev

Ölkə futbolu

13-01-2024, 21:0

"Futbolçular fərdi səhvlər, top itkiləri edirlər" - Miodraq Bojoviç

Premyer-liqa

18-03-2022, 21:0

"Forza Neftçi" "Neftçi" - "Qəbələ" matçını yarımçıq tərk etdi

Premyer-liqa

4-11-2023, 23:0

“Qəbələ”də 2 itki

Premyer-liqa

30-08-2022, 13:0

"Neftçi"nin müraciətini PFL qəbul etdi - RƏSMİ

Aktual
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
Son xəbərlər
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 161
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 157
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə