"Qəbələ"də yeni təyinat

30.01.2024 20:15 213
Premyer-liqa
“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, əvvəllər klubun akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.