Rail Məlikov bu klubda köməkçi məşqçi vəzifəsində çalışacaq

27.06.2022 13:26 599
Premyer-liqa
“Sumqayıt”ın əsas komandasının məşqçilər korpusunda yeni təyinat baş tutub.

"Football-plus.az" xəbər verir ki, 2016-2020-ci illərdə komandanın uğurları üçün çalışmış Rail Məlikov Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, "Sumqayıt"da keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Bakı”, “Neftçi”, “Denizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının uğurları üçün çalışıb.

Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə 1-ci Divizionun gümüş medallarına yiyələnib.