Maraqlıdı ki, naxçıvanlılar 59-cu dəqiqədə Vanderson Melonun qolu ilə hesabı bərabərləşdirsə də, PFL-in rəsmi saytında qol Nuno Rodrigesin adına yazıldı. Oyunun üzərindən iki gün ötsə də, bu gün səhər saatlarında səhv hələ də aradan qaldırılmamışdı. Bununla bağlı PFL-in Media və Matketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Görəsən, səhvin səbəbkarı PFL-di, yoxsa referi Əliyar Ağayev? Sənan bəy "Football-plus.az"ın sorğusunu belə cavabladı:
"Məlumata görə təşəkkür edirəm. Bizdə texniki səhv olub. Hakimin qeydləri doğrudu".
Qeyd edək ki, hazırda səhv aradan qaldırılıb.
GÜNAY SÜLEYMANOVA




