Bu gün Misli premyer-liqasında keçirilən oyunlarla daha bir tur arxada qalıb.
Görüşləri "CBC Sport" telekanalı canlı yayınlayıb.
Misli premyer-liqası
3-cü dövrə, 20-ci tur
28 yanvar
Araz-Naxçıvan – Sumqayıt 1:1
Vanderson Melo, 59 - İsa Suliman, 45
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=1-0, 1:1.
2023/24 – 1:1.
Cəzalılar: Abdulla Rzayev (Araz-Naxçıvan), Səbuhi Abdullazadə (Sumqayıt).
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, “Dalğa Arena”. Saat 15.00.
“Araz-Naxçıvan” mövsümə uğurlu başlamışdı. Lakin indi müəyyən çatışmazlıqlar hiss olunur ki, bu da nəticələrdə əksini tapır. Azər Bağırovun durumu düzəltmək üçün çalışdığı bəllidi. İlin ilk matçında “Qarabağ”a uduzan komanda acığını sabah “Sumqayıt”dan çıxa bilər. Matçın doğma meydanda keçirilməsi üstünlükdüsə, İsmail Azzaui, İqor Ribeyro və Orxan Əliyevin zədəli durumda olması kollektivi narahat edir. Əslində İqorla Orxanın oyuna qədər sağalması mümkündü. Hər halda, həkimlər bunun üçün çalışır.
“Sumqayıt” uzun müddət sonra Konfrans Liqasına iddialıla sırasındadı. Belədə indiki yerindən möhkəm yapışmağa məcburdu. Samir Abasovun komandasında itkilər də var. Məsələn, Kristian Velinovski və Vüqar Mustafayev zədə üzündən meydana çıxa bilməz. Oktavio Manteka isə tam sağalıb. Onun şans qazanıb-qazanmayacağı baş məşqçidən asılıdı.
Bu komandalar indiyə qədər iki dəfə üz-üzə gəlib. “Kimyaçılar” bir dəfə qalib gəlib, bir oyun heçə bitib. Topların nisbətində “Sumqayıt” öndədi – 3:1.
Neftçi – Qəbələ 3:1
Emin Mahmudov, 61 (p.), Dieqo Valdez, 67, Brayan Moreno, 90+5 - Emil Səfərov, 87
Qırmızı vərəqə: Zurab Oçiqava, 59
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 30:+14=7-9, 44:34
2006/07 – 4:1; 2007/08 – 2:0; 2008/09 – 0:0; 2009/10 – 1:1, 1:2; 2010/11 – 0:0; 2011/12 – 2:0, 0:1; 2012/13 – 3:0, 2:1; 2013/14 – 2:1, 1:2; 2014/15 – 0:0, 1:3; 2015/16 – 0:1, 1:2; 2016/17 – 0:8, 1:0; 2017/18 – 2:3, 1:0; 2018/19 – 2:1, 1:1; 2019/20 – 4:1; 2020/21 – 1:1, 1:0; 2021/22 – 2:2, 4:0; 2022/23 – 2:0, 1:2; 2023/24 – 2:0.
Cəzalı: Lukas Afriko (Qəbələ).
“Futbol+”in proqnozu: 40:30:30.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, “Neftçi Arena”. Saat 17.30.
“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçin qarşısına qoyulan vəzifə bəllidi: minimum 2-ci yer! Komanda ev matçında məhz hədəfə doğru addım atmalı, qələbə qazanmalıdı. Rəqib isə çempionatın ən zəif komandası “Qəbələ”di. Monteneqrolu çalışdırıcı hələ ki təriflənir. Uğurlu nəticələr ümidləri daha da artıra bilər. “Qəbələ”nin durumu isə faciəvidi. Rəhbərlik və komanda inciməsin, amma köklü dəyişikliklərə ehtiyac var. Artıq “qırmızı-qaralar”, demək olar ki, heç bir matçda favorit göstərilmir.
Bu komandalar indiyə qədər 61 dəfə qarşılaşıbsa, 18-dən “Qəbələ” qalib ayrılıb. “Neftçi”nin hesabında 29 qələbə var. 14 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də “ağ-qaralar” öndədi – 91:69.
27 yanvar
Kəpəz – Qarabağ 1:2
Olavale Onaqua, 72. - Olavio Juninyo, 79. Toral Bayramov, 90+6-p.
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 27:+11=5-11, 40:29.
1992/93 – 2:1; 1993/94 – 4:1; 1994/95 – 4:1; 1995/96 – 3:1, 0:0; 1996/97 – 3:1; 1997/98 – 3:2; 1998/99 – 3:0; 1999/2000 – 1:1; 2000/01 – 2:1; 2001/02 – 2:1, 3:0; 2003/04 – 0:1; 2004/05 – 0:1; 2005/06 – 1:2; 2010/11 – 0:1; 2011/12 – 1:2; 2012/13 – 0:0; 2015/16 – 2:3, 1:2; 2016/17 – 1:1, 0:1; 2017/18 – 0:2, 0:1; 2022/23 – 0:1, 1:1.
Cəzalılar: Georgi Papunaşvili (Kəpəz), Julio Romao (Qarabağ).
“Futbol+in” proqnozu: 30-30-40.
Hakimlər: NİCAT İSMAYILLI, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ, şəhər stadionu. Saat 15.00.
Mövsümün birinci yarısında ev oyunlarını Tovuzda keçirən “Kəpəz” indi də Qəbələyə sığınıb. Burdakı ilk matç üçün düşərli oldu. 19-cu turda “Turan Tovuz”u məğlub edən (2:1) gəncəlilər indi “Qarabağ”ı sınağa çəkəcək. Son çempion tərəflər arasındakı son qarşılaşmada 7:1 hesablı qələbə qazanaraq rəqibi rəzil etmişdi. İndi “sarı-göylər” intiqam almağa çalışacaq. Sabiq baş məşqçi Azər Məmmədovun kreslosuna əyləşən Adil Şükürovun bunu nə dərəcədə bacaracağını görmək üçün oyunu izləməyə dəyər. İşin çətin tərəfi kollektivin onurğa sütunu sayılan Papunaşvilinin yoxluğu olacaq. Baş məşqçinin çox güvəndiyi, “Səbail”dən transfer olunan Amil Yunanov gürcünün yoxluğunu unutdura biləcəkmi? Niane ilə birgə effektli olacaqmı? Maraqlıdı...
“Qarabağ” üçün problem yoxdu. İlə “Araz-Naxçıvan” üzərində qəbələylə (3:1) başlayan komanda çempionluğu erkən təmin etmək istəyir. Deməli, bütün işlər qaydasındadı. Çinin “Şanxay Şenxua” klubuna keçidi gündəmdə olan Andradenin məsələsi açıq qalıbsa, Kevin Medinın müalicəsi davam edir. Ümumiyyətlə, “köhlən atlar” üçün ciddi təhlükənin olduğunu demək olmaz.
Bu komandalar indiyə qədər 55 dəfə üz-üzə gəlib. Bunların 14-də “Kəpəz”, 30-da “Qarabağ” qələbəyə sevinib. 11-də hərəyə bir xal düşüb. Topların nisbətində ağdamlılar öndədi – 83:59.
Zirə - Sabah 0:1
Sofian Çakla, 90+9-p.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 11:+3=3-5, 10:15.
2018/19 – 0:2, 0:2; 2019/20 – 1:1, 2:0; 2020/21 – 0:2, 2:2; 2021/22 – 1:1, 2:0; 2022/23 – 1:3, 0:2; 2023/24 – 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RAUF CABBAROV, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.30.
“Zirə” gah tənqid olunur, gah da təriflənir. Vəziyyət elədi ki, nəticəyə görə qane olanlarla komandanın baxımlı oyun sərgiləmədiyini düşünənlərin fikirləri toqquşur. Hər halda, qəsəbə təmsilçisi turnir cədvəlinin 2-ci pilləsindəki yerini qoruyur və “Sabah” önündə də əsas hədəf məhz bu olacaq. Rəşad Sadıqov Rafael Utziq və Ceyhun Nuriyevlə gücləndirdiyi heyətin Konfrans Liqası hədəfindən uzaq düşməsini istəmir. Rəqibin uğursuz mövsüm yaşadığını nəzərə alsaq, bu gün bəxt “qartallar”dan yana ola bilər. İkinci ehtimal isə “bayquşlar”ın özünü toparlayaraq ciddi müqavimət göstərməsi, səfərdən qələbəylə qayıtmasıdı. Təbii ki, mümkünsüz deyil. Ötən tur “Neftçi”dən bir xal qoparan kollektivdə psixoloji durum yerindədi. “Sabah”ın fiziki cəhətdən çatışmazlığı da yoxdu. Əsas məsələ əzmkarlıq göstərməkdi ki, Murad Musayev yetirmələrindən məhz bunu tələb edəcək. Amma “Zirə”nin müdafiə xəttini yarmaq elə də asan deyil.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 21 oyunda qarşılaşıb. Bunların 6-da “Zirə”, 9-da “Sabah” qəbələ qazanıb, 6-da isə “sülh” qeydə alınıb. Topların nisbətində Masazır təmsilçisi öndədi – 28:23.
1. Qarabağ 20 15 2 3 50-15 47
2. Neftçi 20 9 5 6 24-18 32
3. Sumqayıt 20 8 7 5 21-24 31
4. Zirə 20 8 6 5 13-11 30
5. Səbail 20 7 6 7 28-30 27
6. Araz-Naxçıvan 20 7 6 7 22-23 27
7. Sabah 20 7 5 8 26-22 26
8. Turan Tovuz 20 7 4 9 33-31 25
9. Kəpəz 20 4 5 11 14:32 17
10. Qəbələ 20 4 2 14 13-36 14
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 14, Aleksandr Ramalinqom (Səbail) – 7, Abdulla Zubir, Yassin Benzya, Hamidu Keyta, Leandro Andrade (hamısı “Qarabağ”), Otto Con (Turan Tovuz), Pedro Nuno (Səbail) – 6.
KƏNAN BAHADIR