"Football-plus.az" xəbər verir ki, Madridlə bağlı qərar Barselonanın “Formula-1” üzrə dünya çempionatının təqvimindən tam çıxarılacağı anlamına gəlmir. Barselona trassının gələcəyi də müzakirə olunacaq.
“Formula-1”in rəhbəri Stefano Domenikali İspaniya mərhələsinin yerinin dəyişməsi haqda danışıb:
“Madrid heyrətləndirici idman və mədəniyyət irsinə sahib olan qeyri-adi şəhərdi. Bugünkü elanımızla “Formula-1” üçün İspaniyada yeni və cəlbedici fəsil açılır. Yarışın promouteri olan “IFEMA MADRID” komandasına, Madridin regional hökumətinə və şəhərin merinə fantastik təklifə görə təşəkkür etmək istəyirəm”.
Xatırladaq ki, İspaniya mərhələsi 1951-ci ildən “Formula-1” təqvimində var. Həmin mərhələ 1991-ci ildən indiyə qədər Barselonadakı avtodromda keçirilir.




