“Kəpəz” qərarını dəyişdi, gözlənilməz dəyişikliyə əl atdı – RƏSMİ

25.01.2024 17:36 2 264
Ölkə futbolu / Manşet
“Adame Nianeylə yolları ayırmamaq qərarına gəldik. Düşündük ki, özünü toparlasa, komandaya fayda verə biləcək”.

Bu sözləri “Football-plus.az”a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib. Mütəxəssis Amil Yunanovun transfer edilməsindən sonra hücumçu mövqeyində rəqabətin artmasından bəhs edib:

“Əvvəlki heyətdə ciddi mübarizə şəraiti yox idi. Şükür Allaha, indi vəziyyət müsbətə doğru dəyişib. Əslində Nianeylə söhbətdə onunla yollarımızı ayıracağımızı demişdik. Çünki müəyyən mənada gerilədiyi ortada idi. Yekun qərarımız o oldu ki, işinə daha ciddi yanaşsın və rəqabətdə geri qalmamaq üçün əlindən gələni etsin. Qısası, yoluna bizimlə davam edəcək”.

Adil bəy qapıçı Vladislav Vasilyuçekin də taleyinə toxundu:

“Hələ ki komandada saxlamağa məcburuq. Getmək istəmir və haqlıdı. Onun da hüquqları var, buna hörmətlə yanaşırıq. Hazırda əvəzedici heyətlə birgə məşq edir”.

KƏNAN BAHADIR