Adil Şükürov bu futbolçunu “Kəpəz”də görmək istəmir – ÖZÜ AÇIQLADI

28.12.2023 18:51 3 317
Premyer-liqa / Manşet
“Kəpəz” premyer-liqanın sponsorsuz klublarından biridi.

Belədə komandanın büdcəyə maksimum qənaət etməsi, xüsusilə transfer məsələlərinə ehtiyatla yanaşmalıdı. İndiki duruma görə, diqqətçəkən məqam heyətdə 4 qapıçının olmasıdı ki, onlardan ikisi legionerdi.

Qarşıdan qış transfer pəncərəsinin gəldiyini nəzərə alsaq “sarı-göylər”in əcnəbi qolkiperlərdən birini yola salması gözlənilir. Böyük ehtimal bu, Vladislav Vasilyuçek olacaq. Bəs, bu addım nə dərəcədə realdı?
“Kəpəz”in baş məşqçisi Adil Şükürov “football-plus.az”ın sualını belə cavabladı:

“Düzdü, hazırda 2 legioner qapıçınını heyətdə olması əlavə yükdən başqa bir şey deyil. İstəyirəm ki, Vasilyuçeklə vidalaşaq. Lakin, onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Rəhbərliklə söhbətdə bu məsələni nəzərə çatdırıb hansısa yekun addım atılmasını xahiş edəcəm. Hər halda, İqor Rodriqes özünü yaxşı tərəfdən göstərir. Məncə, başqa legioner qapıçıya ehtiyac yoxdu”.


KƏNAN BAHADIR