• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zəngin Kəpəz, kasıb “Kəpəz”... - KÖŞƏ

Manşet / Yazarlar

22-01-2024, 11:0

Kəpəz dağı Murovdağ silsiləsinin şimal yamacında yerləşir. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülüb və çayın qabağını kəsib. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və başqa göllər əmələ gəlib ki, bunlar bizim təbii sərvətlərimizdi.

Ümumiyyətlə, təbiətimizin qiymətsiz mənzərələrindən biridi. Əminəm ki, bütün azərbaycanlılar həm Kəpəz dağından, həm də uçqunlardan sonra viran etmək əvəzinə ortaya çıxardığı gözəlliklərdən zövq alır.

Bu gün Gəncəni təmsil edən “Kəpəz” bəhs etdiyimiz dağın adını daşıyır. Lakin təəssüf ki, nə o dağ qədər ucadadı, nə də onun qədər zəngin sərvətlərə malikdi. Əksinə, turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb və premyer-liqanın yeganə sponsorsuz komandasıdı. Mənzərəsi təmsil etdiyi dağ qədər göz oxşamır. Futbol prizmasından yanaşsaq, uğurlu nəticələrdən söhbət gedə bilməz. Kollektiv baş məşqçi Adil Şükürovun rəhbərliyi altında vəziyyətdən çıxmağa çalışmaqdadı. Belədə qış fasiləsi çox yaxşı fürsət idi. Bir neçə həftə boş vaxt o demək idi ki, həm heyətini gücləndirə biləsən, həm də yoxlama oyunlarında həmin futbolçuları sınayıb gücünə güc qatarsan. Gözlənilən olmadı. “Sarı-göylər” bu ərəfədə cəmi bir oyunda meydana çıxdı. Halbuki planda üç matç var idi. “Araz-Naxçıvan” və “İmişli” ilə qarşılaşmalar müxtəlif səbəblərə görə təxirə salındı. Bundan başqa, üç futbolçu icarəyə götürüldü. Əlbəttə, Amil Yunanov, Camal Cəfərov və Ədilxan Qarəhmədovun komandaya uyğunlaşması, ən azı öz formasına qovuşması üçün müəyyən vaxt lazım olacaq. Təki gecikməsinlər. Yoxsa vay “Kəpəz”in halına...

Əslində legioner də transfer ediləcəkdi. Hələ ki səs-soraq yoxdu. Əcnəbi futbolçudan danışdım, yadıma düşdü. Bilirsiz də, Adil Şükürov qapıçı Vladislav Vasilyuçeki komandada görmək istəmir. Çünki həm keyfiyyətli futbolçu deyil, həm də əlavə maliyyə itkisidi. Məsələ budu ki, Vasilyuçekin müqaviləsinin müddəti cari mövsümün sonunda bitir. Rəhbərlik onunla müqaviləyə xitam vermək istəsə də, oyunçu getmək niyyətində deyil. Niyə? Təzminat tələb edir. “Kəpəz” isə maddi cəhətdən o qədər çətin durumdadı ki, futbolçunun ödənişini edib canını qurtara bilmir. Vəziyyətin nə dərəcədə kritik olduğunu klubun, sadəcə, ehtiyat oyunçular skamyasında əyləşənləri icarəyə götürməsindən də anlamaq olar, ötən il Qəbələdə keçirdiyi günlərdə otellərə borclu qalmasından da. Azdısa, birini də deyim. Adil Şükürov arzuladığı futbolçuları heyətə cəlb edə bilmir. Oyunçularını icarəyə vermək planı da var idi ki, sadəcə, Elnur Cəfərovu “İmişli”yə göndərə bildilər. Başqalarını istəyən yoxdu.

Yəni durum pisdi, həddən artıq pis. Hətta “Kəpəz” üçün 1-ci liqanın yolu görünür. Gəncəli futbolsevərlər əsəbləşməsin, amma reallıq belədi. Çünki “Qəbələ” keyfiyyətli legioner transfer edərək güclənməyə doğru iri addım atıb. Bəlkə birini də aldı, bilmək olmaz. Hər halda, bu yöndə axtarışların getdiyi bəllidi. Digər tərəfdən, “qırmızı-qaralar”ın oyunçuları təcrübə baxımından daha öndədi. Üçüncü məsələ isə “sarı-göylər”in ev oyunlarını təxminən iki ay Qəbələdə keçirəcəyidi. Yerli azarkeşlər məhz bu faktdan istifadə edib rəqibə təzyiq göstərmək, oyununu pozmaq qərarını versə, nə edəcəksiz? Məncə, düşünməmiş deyillər. Ortada elitada qalmaq uğrunda prinspial mübarizə varsa, niyə də olmasın?! Üstəlik “Kəpəz” azarkeşlərinin əksəriyyəti komandadan incik düşüb. Onların İdarə Heyətinin sədri İlqar Nadiridən narazılığı sosial şəbəkələri ağuşuna alıb. Mövsümün ikinci yarısının oyunlarına start verildikdə həmin narazılıqların tribunalarda özünü göstərəcəyinə əminəm. Həm də ilk məğlubiyyətdə. Ən azı reaksiyalar belə danışmağa haqq verir.

Çıxış yolu nədi? Sponsorun tapılması, azarkeşlərin komandaya sonsuz dəstəyi, kollektivin qış “transfer pəncərəsi” bağlanana qədər doğru transferlərlə gücləndirilməsi, fiziki və psixoloji hazırlığın yüksək səviyyəyə gətirilməsi və s. və i.a. Ya da bəlkə bunların heç biri... Bəlkə də Kəpəz dağı uçqunla ortaya tayı-bərabəri olmayan gözəlliklər çıxardığı kimi, “Kəpəz”də də uçqun olmalıdı. Səhv anlamayın, söhbət təbii fəlakətdən getmir! Hansısa ciddi dəyişikliklərdən gedir. Bəlkə də bu baş versə, “Kəpəz” Kəpəz qədər zəngin və Kəpəz qədər uca olacaq!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-12-2023, 18:0

Adil Şükürov bu futbolçunu “Kəpəz”də görmək istəmir – ÖZÜ AÇIQLADI

Premyer-liqa / Manşet

4-01-2024, 15:0

Xaliq Mərdanov Adil Şükürova inanır

Ölkə futbolu / Manşet

14-11-2023, 17:0

Adil Şükürovun koməkçiləri bəlli oldu – biri “Neftçi”dən gəlib...

Premyer-liqa / Manşet

6-04-2023, 19:0

“Qazandığımız istənilən naliyyət tək bizim yox, bütün Gəncənin uğurudu”

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Premyer-liqa

12-08-2022, 12:0

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 204
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 129
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə