• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bilərəkdən belə güclü komandalar seçmişdik”

Premyer-liqa / Manşet

22-01-2024, 21:0

Təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanan beş komandadan biri də “Turan Tovuz” idi.

Tovuzlular Antalyada keçirdiyi yoxlama oyunlarının heç birində qələbə qazana bilmədi. Digər klublarımızdan fərqli olaraq üç belə oyun keçirən “bozqurdlar” heç-heçəyə də həsrət qaldı. Bəs baş məşqçi Ayxan Abbasov komandanın təlim-məşq toplanışından razı qaldımı? Görəsən, ikinci yarıda komandasından gözləntiləri nədi? Ötən yaydan heyətə cəlb olunan Budaq Nəsirovun gələcəyi barədə nə düşünür? Axı futbolçu Türkiyədə keçirilən təlim-məşq toplanışında yox idi. Eyni zamanda stadionun işıqlandırılması, klubun maliyyə durumu və başqa mövzular ətrafında təcrübəli mütəxəssislə danışdıq.

- Təlim-məşq toplanışı necə keçdi? Oyunçuların hazırlığı sizi qane etdimi?
- Kiçik zədələrimizin olmasına baxmayaraq, ümumilikdə təlim-məşq toplanışı normal keçdi. Bu dəfə həm vaxt az idi, həm də qrafikimiz sıx oldu. Futbolçularım yorğun halda çıxış etdilər. Ümumiyyətlə, toplanışdan razı qaldım. İnşallah, əziyyətimizin bəhrəsini görəcəyik.
- Doğrudu, yoldaşlıq oyunları komandanın güc göstəricisi deyil, amma qarşılaşdığınız heç bir rəqibə qalib gələ bilmədiz. Bunu necə izah edərdiz?
- İlk növbədə onu deyim ki, biz bilərəkdən belə güclü komandalar seçmişdik. Sözsüz, bizim üçün çətin olacağını bilirdik. Çünki nə qədər güclü rəqiblə oynasaq, futbolçularımız üçün bir o qədər xeyirdi. Təbii ki, qalib gəlməyimiz daha yaxşı olardı. Amma çempionata hazır olmaq üçün bu oyunlar vacib idi. Qarşılaşmalarda dəyişikliklər edirdik, oyunçuları 90 dəqiqə tam oynatmırdıq. Əlbəttə, bütün bunlar nəticəyə təsir edən amillərdəndi.
- Fasiləni bir transferlə tamamlayacaqsız, yoxsa danışıq apardığız futbolçu və ya futbolçular var?
- Hələ ki bir transfer etmişik – Aleks Souza. Çox güman, “Neftçi”dən də iki futbolçunu icarəyə götürəcəyik. Yəqin ki, bununla da kifayətlənəcəyik. Çünki hədəfimizdə olan elə bir futbolçu yoxdu. Sadəcə, bəzi oyunçularla danışıqlar aparırdıq, lakin anlaşma baş tutmadı.
- Budaq Nəsirov yayda Türkiyədə keçirilən təlim-məşq toplanışına qatıla bilməmişdi. Biz də qışa qədər onu meydanda görə bilmədik. Sadəcə, sonuncu oyunda 5-6 dəqiqə meydanda oldu. Mövsümün ikinci yarısında ona güvənəcəksizmi? Yenə eyni aqibəti yaşayacaq?
- Bu suala bir neçə dəfə cavab vermişəm. Budaq hələ hazır deyil. Çünki üç ildən çox futboldan uzaq qalıb. Əlbəttə, onu futbola qaytarmaq istəyirik. Sözsüz, belə təlim-məşq toplanışları Budaq üçün önəmliydi, lakin təəssüf ki, ora da gedə bilmir. İki təlim-məşq toplanışında iştirak edə bilməməsi ona təsir edir. Amma yenə də Budağın özündən çox şey asılıdı. Bunun üçün də ona vaxt lazımdı. İndiki durumda isə onun hazır olduğunu deyə bilmərik.
- Komandanın maliyyə durumu transfer fəaliyyətinizə mane olmur?
- İstədiyimiz transferləri reallaşdırmaq üçün maddiyyatımız yetərlidi. Allaha şükür, bu gün klubun hər şeyi öz dəst-xəttiylə gedir, sabitlik var. Əsas olan budu. Klubda bu adı qazanmaq önəmlidi. Çünki futbolçuları transfer etmək istəyərkən onlar klubun hər bir şeyi ilə maraqlanır. Yəni bu gün maddiyyat bizə imkan verir. Bu dəqiqə bəzi futbolçular var ki, yaxşı çempionatlarda çıxış edir və onları bura gətirmək çox çətindi. Burda maddiyyat rol oynamır. Amma inşallah, gələcəkdə bu prosesləri keçdikdən sonra bizə rahat olacaq.
- İkinci yarıda əsas hədəfiniz nədi?
- Hədəfimiz həmişə qələbə qazanıb, maksimum nəticələr əldə edib yuxarı pillələrdə qərarlaşmaqdı. Birinci yarıda da belə olub, ikinci yarıda da belə olacaq.
- Öz stadionunuzun vəziyyəti nə yerdədi? Projektor bərpa olundumu?
- Yəqin ki, yaxın zamanlarda bərpa olunar.
- Eyni zamanda projektor olmadığına görə oyunlarınız günorta saatlarında keçiriləcək. Bunun futbolçularınıza təsiri olacaqmı?
- Ümumiyyətlə, heç bir futbolçu tez oynamaq istəmir. Ümid edirəm ki, bir-iki tur bunun əziyyətini çəkəndən, həmin problemlər aradan qaldırılandan sonra axşam oynaya biləcəyik.
- Şablon olsa da, bu məsələ yaralı yerimizdi - millinin baş məşqçi postu. Sizcə, uyğun namizəd kimdi? İşçi Qrup niyə bu istiqamətdə çətinlik yaşayır?
- Məncə, vaxt vermək lazımdı. Yəqin ki, İşçi Qrup da bu zaman kəsiyində namizədlərini irəli sürəcək. Əlbəttə, bu gün futbol ictimaiyyətində müzakirə olunan bu mövzuda hər kəsin öz fikri var və hamının düşüncəsinə hörmətlə yanaşmaq lazımdı. Millimiz üçün, dövlətimiz üçün, Azərbaycan futbolu üçün xeyirli bir qərar verilər.

Yeri gəlmişkən…
“Turan Tovuz” “Neftçi”nin iki futbolçusunu icarəyə götürüb. Bunlar İsmayıl Zülfüqarlı ilə Fərid Yusiflidi. Hər iki futbolçu cari mövsümün sonuna qədər icarə əsasında “Turan Tovuz”un formasını geyəcək.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

18-07-2023, 11:0

"Zirə" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanır

İdman

16-05-2022, 13:0

Millimiz Polşada təlim-məşq toplanışı keçir

Premyer-liqa / Manşet

4-01-2023, 19:0

“Turan Tovuz” rumın və gürcü futbolçunun yolunu gözləyir

Ölkə futbolu / Manşet

29-05-2023, 12:0

“Turan Tovuz” təlim-məşq toplanışı üçün hara yollanacaq?

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə