• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kimlər ki Tərlanı pis vəziyyətdə qoymaq istəyirdi, özləri pis vəziyyətdə qaldı”

Premyer-liqa / Manşet

19-01-2024, 19:0

Tərlan Əhmədov daim üzdə olan məşqçilərdəndi.

Klublarda və yığmada vakant post olan kimi məhz onun adı çəkilir. Bəs Tərlan bəy hazırda nə işlə məşğuldu, ölkə futbolunun durumu ilə bağlı nə düşünür?

“Mənim adamım Allahdı”
- Müsahibəyə ənənəvi sualla başlayaq. Tərlan Əhmədov indi hardadı, nə işlə məşğuldu?
- Hazırda işsizəm. Özüm üçün mütaliə edirəm, oyunları izləyirəm, məşqlərə baxıram, bəzi proqramlar üzərində çalışıram. Hələ ki bu boşluqdan və sərbəstlikdən istifadə edirəm. Bir az da elmimizi artırırıq. Dostlarla görüşürük, söhbətləşirik, oyunları və komandalarda gedən prosesləri müzakirə edirik. Ümumi götürsək, sakitlikdi.
- Ölkə futbolunda daim gündəmdə olan birinə indiki zamanda hardansa təklif varmı?
- Heç bir təklif yoxdu. Mətbuatda şayiələr yazırlar ki, Tərlan hansısa kluba getdi və ya hansısa klubla danışır, Tərlan adam tapıb. Xeyr, bu belə deyil. Mənim adamım Allahdı. Dediyim kimi, hələ ki sakitlikdi. Heç bir yerdən təklif yoxdu, nə bir klub rəhbəriylə görüşmüşəm, nə də kimləsə danışığım olub. Hardan təklif gələcəksə, kim göndərəcəksə, nə vaxt olacaqsa, bunu zaman göstərər. Zaman da dayanmır, gedir.
- Bizə maraqlıdı, məsələn, sərfəli təklif olarsa – təkcə maliyyə yox, həm də layihə baxımından, – aşağı dəstələrdə də işləyərsizmi?
- Doğrudu, söhbət təkcə maliyyədən getmir. İşlədiyim bir çox komandanın maliyyəsi yaxşı olmayıb. Təkcə “Neftçi”nin büdcəsi yaxşı olub ki, ağır durumdan, yəni komandanı sonuncu pillədən gətirib 3-cü pilləyə çıxarmışam. Qalan komandalarda isə büdcə olmayıb, sadəcə, işimizi görmüşük, uğurlu nəticələr əldə etmişik. Gənc, yerli futbolçuları meydana çıxarmışıq, gündəmə gətirmişik. Böyük bir, yəni 1-2 illik yox, Azərbaycan futbolunda hansısa komandanı inkişaf etdirmək, həm futbolçu yetişdirmək, həm də premyer-liqaya çıxmaq şərtiylə bir layihə olarsa, əlbəttə, nəzərdən keçirmək olar. Sadəcə, gedib orda 1-2 il işləyim, sonra maliyyə üzündənə komanda dağılsın… Heç inanmıram ki, belə uzunmüddətli böyük layihə olsun, indiki məqamda görünmür. Dövlətimiz istedadlılar dövlətidi, xalqımız istedadlılar xalqıdı. Burda istedadlı futbolçular da var. Anatoli Banişevskidən tutmuş İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Yaşar, Adil Babayev qardaşları, Asim Xudiyev, Rafiq Mirzəyev, Arif Əsədov, Vladislav Qədirov, Vladislav Lemiş, Ruslan Lukin... Vəli Qasımov İspaniya və Portuqaliyada oynayıb, Nazim Süleymanov Rusiyada ad qazanıb. Xülasə bütün bunlar Azərbaycan futboluna böyük töhfələr verib. Sadəcə, istedadları üzə çıxarmaq və onlarla işləmək üçün bir layihə olarsa, biz də çalışarıq ki, əlimizdən gələni edək. Təbii ki, uzunmüddətli layihə olarsa.
- Ölkə çempionatını izləyirsizmi? Komandalar arasındakı rəqabətin səviyyəsi ürəyinizcədimi? Fərqləndirə biləcəyiniz yerli və əcnəbi futbolçular hansılardı?
- Çempionat oyunlarını müntəzəm izləyirəm. Hər oyunu da təhlil edirəm. “Qarabağ”dan başqa 9 komanda aşağı-yuxarı qışa qədər eyni səviyyədə olub. Artıq bu danılmaz bir faktdı ki, “Qarabağ” uzunmüddətlikomanda kimi formalaşıb. Oyun üslubu, sistemi, strategiyası – bir sözlə, o klubda hər şeyi bəllidi. O biri komandalarda isə ötən mövsümlə bu mövsüm arasında elə də fərq yoxdu. Ötən mövsüm hansı komanda premyer-liqada qalmaq üçün çalışırdısa, bu mövsüm də onun üçün çalışır. Orta sıralaranda olanlar üçün də eyni hal keçərlidi. Sadəcə, indi çempionatın ela vaxtıdı ki, qiymətləndirmək çətindi. Qış fasiləsinə kimi eyni tərzdə sabit oyun sərgiləyən komanda yoxdu. Təbii ki, “Qarabağ”ı çıxmaq şərtiylə. “Neftçi” də, “Sabah” da transferlər edib. “Zirə” transferlərlə gündəmdədi. “Turan Tovuz”da bir sıra keçidlər baş tutub. “Səbail” artıq transfer etməkdə maraqlıdı. “Araz-Naxçıvan” hələ ki transfer etməyə o qədər səy göstərmir. “Qəbələ” heyətini gücləndirib. “Qəbələ”nin yoxlama oyunlarını izlədim. Son görüşdə “Araz-Naxçıvan”a qalib gəldilər. “Sumqayıt” da sonuncu matçında meydandan qalib ayrıldı. Düşünürəm ki, rəqabət bir az da artacaq. Amma bu fasilənin kimə düşərli olacağını demək çətindi. Çünki hər komandanın bir aparıcı futbolçusu var. Elə oyunçular var ki, 1-2 oyun yaxşı oynayır, 1-2 oyun oynaya bilmir. Bu, futbolun tam görünməyən tərəfidi. Təbii ki, burda insan amili önəmli rol oynayır. Ona görə də istəmirəm ki, kimisə fərqləndirim. Qısası, komandalar güclənir. Marafonun sonuna yaxın daha güclü və aqressiv oyun sərgiləyən komandalar görəcəyik. Eyni zamanda, yeni futbolçular da gündəmə gələcək. Hər halda, kimisə indidən fərqləndirmək olmaz.

“Emin komandanı arxasınca apara biləcək gücə malik olan futbolçudu”
- “Neftçi”nin Adrian Mutunun həmən ardından Miodroq Bojoviçi baş məşqçi təyin etməsindən xəbərdarsız. Yeni çalışdırıcı flaqmana istədiyi nəticəni qazandıracaqmı?
- Mutu gələndə bütün mətbuat yazırdı ki, yaxşı futbolçu olub, yaxşı karyerası var, dünyaca tanınmış klublarda oynayıb və s. Amma görünən odu ki, klub rəhbərliyi onun məşqçi karyerasın nəzərə almayıb. Nəticə olaraq da bu seçimin doğru olmadığı aydın oldu. Baxmayaraq ki, “Neftçi” son oyunlardakı çıxışıyla 3-cü pillədə qərarlaşdı, ancaq klubun sabit oyun sərgilədiyini deyə bilmərik. Yeni məşqçi gəlmişdisə, liderdən 13 xal geri qalmamalıydı. Klubda qısa müddətdə hansısa dəyişikliklər olmalı, yeni strategiya, yeni sistem qurulmalıydı. Yəni bu baxımdan komanda yüksəlişə sıçrayış etməli idi. Ancaq komanda süni oyun oynayırdı və əlində olan futbolçuların potensialından yararlana bilmədi. Bütün bunları nəzərə alsaq, Adrian Mutunun “Neftçi” üçün düşərli məşqçi olmadığını deyə bilərik. Doğrudu, Bojoviç bir sıra klubları çalışdırıb, uğur qazanıb, amma “Neftçi”nin indiki oyununa baxanda nəsə demək çətindi. Bojoviçin rəhbərliyi altında ilk bir neçə turdan sonra biləcəyik ki, klub hansı səviyyədədi. Hər halda, ümid edək ki, “ağ-qaralar” üçün bu seçim uğurlu olar. Artıq komanda bir vingeri – Alfa Konteni transfer edib, bir hücumçunu da transfer edəcəyi gözlənilir. Bəlkə də bu transferlərdən sonra hansısa yüksəliş olsun. Lakin Antalya toplanışında o qədər ürəkaçan oyun nümayiş etdirmədilər. Qışa qədər olan dövrdə komandanın kapitanı Emil Mahmudovun zəif çıxışı, “Qarabağ”dan transfer olunan Qara Qarayevin oyuna qısa zamanda uyğunlaşmaması... Bu baxımdan indi o futbolçuların yenidən formasını bərpa etməsini, motivasiyalı olmasını, komandanı arxasınca daşımasını Bojoviç bacaracaqsa, “Neftçi” üçün uğurlu olacaq.
- Bojoviçin qarşısına çempionatda 2-ci yeri tutmaq və kuboku qazanmaq hədəfi qoyulub. Bu heyətlə mümkündümü?
- Təbii ki, kluba gətirilən hər məşqçinin qarşısına müəyyən hədəflər qoyulur. Ölkə kubokunu və 2-ci yeri qazanmaq asan məsələ olmayacaq. Çünki komandalar heyətlərini gücləndiriblər və başqalarından fərqli “Neftçi”nin məşqçisi yenidi. Hələ çempionatda debüt edəcək və komandasının, rəqiblərin oyunlarını təhlil etməlidi. Sözsüz, hər şey mümkündü. Bunun üçün istək olmalıdı. Təkcə baş məşqçidə və ya futbolçularda yox, bütün kollektivdə. Hətta “Neftçi” mənə təklif olunanda 5 turdan sonra 1 xalı var idi. Qarşma hədəf qoyulmuşdu ki, komandanı 4-5-ci yerlərdə qərarlaşdırım. Amma biz həmin heyətlə, sadəcə, qışda Emin Mahmudovla Rəşad Sadiqovu cəlb etməklə qısa müddətdə maksimum nəticəyə nail olduq. Yəni məşqçiyə və futbolçulara dəstək olacaqsa, bu heyətlə də 2-ci yeri tutmaq və və ya kuboku qazanmaq mümkündü.
- “Neftçi”nin cari mövsümdəki çıxışından söz düşəndə kapitan Emin Mahmudovun performasında qəfil və gözlənilməz enişin rolunu önə çəkənlər də var. Siz özünüz də uzun müddət kapitan olmusuz. Kapitan Emin Mahmudov kimi olmalıdımı? Ona oyundaşlarını arxasınca aparmaq baxımından hansısa məsləhətləriniz varmı?
- Bunu dəfələrlə demişəm ki, Emin millidə tam fərqli futbol oynayır, amma “Neftçi”yə gələndə süni futbol oynayır. Ümumiyyətlə, “Neftçi” qışa qədər komanda şəklində normal oyun nümayiş etdirməyib. Məşqçi işi görünmürdü, komanda oyunçularının potensialını aça bilmirdi. Belə deyim, ümumi komandanın oyununda eniş varsa, buna kapitan, lider heç nə edə bilməz. Əlbəttə, Eminin oyunu hamımızı üzürdü. Çünki həm millinin, həm də köklü klubumuz olan “Neftçi”nin kapitanıdı. Hər halda, məşqçi komandanın lideriylə, kapitanıyla dil tapa bilmirdi. Emin komandanı arxasınca apara biləcək gücə malik olan futbolçudu. Ona hansısa məsləhət vermək düzgün olmaz. Çünki onun öz futbol fəlsəfəsi var. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, məşqçi kapitanla dil tapmalıdı. Çünki meydanda məşqçinin sağ əli onun kapitanıdı.

“Təəssüf ki, mənə verilən sözlərin üzərində durulmadı”
- “Qarabağ”ın ölkə çempionatındakı hegemonluğu hamıya bəllidi. Bəs Avropa Liqasında “Braqa” ilə matçda Ağdam təmsilçisinin perspektivi ilə bağlı hansı fikirdəsiz?
- Digər komandalarda olan qeyri-sabitlik, tez-tez məşqçi dəyişikliyi, sistem dəyişikliyi, yeni-yeni oyunçuların gəlib-getməsi və digər amillər bu komandaların “Qarabağ”la rəqabət apara bilməməsinin göstəricisidi. Yəqin bundan sonra klublar da bir strategiya seçməlidilər, uzunmüddətli müqavilələr imzalamalıdılar və futbolçular hər 6 aydan bir dəyişilməməlidi. O ki qaldı “Braqa” ilə oyuna, bunun hər 2 komanda üçün çətin olacağını deyə bilərəm. Çünki komandaların həm oyun səviyyəsi, həm də oyunçularının fərdi-texniki potensialı bərabərdi. Bu qarşılaşmada hansı biri minimum səhv edəcəksə, daha istəkli olacaqsa, mərhələ adlamaq şansı o qədər yüksək olacaq. Hamımız da “Qarabağ”ın qalib gəlməsini istəyirik. Sadəcə, Qurban Qurbanovun komandası həmişə hücum futbolu oynadığından, müdafiədə boşluqlar yaranır. Bu təhlil edilməlidi, çünki bu matçda kobud səhvə yol vermək olmaz. 4

- Sonuncu komandanız olan “Kəpəz” Adil Şükürovun gəlişindən sonra nisbətən canlanıb. Adil bəy komandanı elitada saxlaya biləcək?
- Bəlkə də Adil Şükürov komandaya yayda gəlsəydi, tam başqa “Kəpəz” görərdik. Keçmiş keçmişdə qaldı. Şükürovun yükü, görəcəyi iş çox ağırdı. Hadisələrin axarıın necə olacağını deyə bilmərəm. Ölkənin futbolçu beşiyi olan Gəncənin “Kəpəz” komandası elitada qalmalıdı. Hər halda, bunun üçün lazım olanı Adil Şükürov bilir. Hər bir məşqçi getdiyi yerdə qarşısına qoyulacaq hədəfləri bilib, təhlil edərək qərar verir. Adil Şükürovun “Zirə”də də uğurları olub. Premyer-liqa təcrübəsi də var. Əlbəttə, komandanı elitada saxlaya bilər. Amma bu çox çətin olacaq.

- “Kəpəz” haqda söz düşəndə biz istər-istəməz “sponsorsuz yeganə klub” təyinindən yararlanmağa məcbur oluruq. Niyə axı belədi, niyə yalnız “Kəpəz” sponsorsuzdu? Bu sırf klubla bağlı məsələdi, yoxsa Gəncədə biznesmenlər, iş adamları səviyyəsində “Kəpəz”ə heç bir maraq yoxdu?
- Bunun nə ilə bağlı olduğunu bilmirəm. Bu haqda çox danışmaq da istəmirəm. Bu mənim üçün bağlı məsələdi. Çünki məndən komandanın elitada saxlanılması istənildi. 6 turdan sonra 0 xalı olan komandanı öhdəmə götürdüm və sözümün də üstündə durdum. Təəssüf ki, mənə verilən sözlərin üzərində durulmadı. Gəncədə gözəl iş adamları, bəlkə də kluba sponsorluq etmək istəyənlər var. Amma bu nə məsələdisə, rəhbərliklə bağlı olan bir şeydi. Bu mövzuyla klub rəhbərliyi və federasiya maraqlansa, daha doğru olar. Çünki “Kəpəz” kimi köklü klubu itirə bilmərik.

- Tərlan bəy, “Kəpəz”in gəlmiş-getmiş baş məşqçilərindən söhbət gedəndə, adətən, bunları Gəncədən olanlara və olmayanlara ayırırlar. Siz ikinci kateqoriyaya aidsiz. Gəncədə çalışanda bu yöndə hansısa diskomfort, narahatlıq hiss edirdizmi?
- “Neftçi”də işlədiyim vaxt da böyük təzyiqlər var idi. Heç vaxt nə çətinliklərdən, nə də təzyiqdən qorxmuşam. Sadəcə, “Kəpəz”də olanlar keçmişdə qaldı. Bir daha bu mövzunu açmaq istəmirəm. “Klubda gəncəlilər işləməlidi” deyənlər bizdən sonra gəncəliləri gətirdilər məşqçi postuna. Nəyə də qadir olduqlarını göstərdilər. Ümumiyyətlə, bu düzgün fikir deyil. Hamımız azərbacanlıyıq və Azərbaycan futbolu üçün də çalışırıq. Onsuz da mənim orda birgə çalışdıqlarım – Vidadi Rzayev, Ceyhun Tanrıverdiyev, Nadir Şükürov – bunlar heç də Gəncəyə yad şəxslər deyil. Kimlər ki Tərlanı pis vəziyyətdə qoymaq istəyirdi, özləri pis vəziyyətdə qaldı. Tərlan Əhmədov çalışdırdığı bütün komandaları ağır durumdan çıxarıb. Mən bütün bunları gözə alıb, o işlərə razılıq vermişəm.

- Yaralı yerimiz olan millinin baş məşqçi problemi hələ də həllini tapmayıb. Sosial şəbəkələrdə sizin də bu vəzifəyə ən uyğun namizədlərdən olduğunuz vurğulanır. Təklif olarsa, qəbul edərsiz?
- Əlbəttə, yığma yaralı yerimizdi. Akademiyalarımız gənc futbolçu yetişdirməkdə çətinlik çəkir. Bir-ikisini çıxmaq şərtiylə. Buna görə də məcburiyyətdən legioner futbolçuları milliləşdirib yığmaya cəlb edirik. Burda milli qürur amili vacib məsələdi. Bu məşqçilər üçün də keçərlidi. Yerli məşqçilərin yerinə əcnəbilərə üstünlük verilməsi düzgün deyil. Doğrudu, mətbatda adım hallanır. Kim məni o vəzifəyə layiq görürsə, təşəkkürümü bildirirəm. Yığmaya təyin olunmuş əcnəbi məşqçilərə baxsaq, aşağı-yuxarı Robert Prosineçki yaxşı nəticələrə nail olub. Digər bütün uğurlar yerli məşqçilərə aiddi. Elə ilk növbədə Əsgər Abdullayev buna imza atıb. O ki qaldı mənim bu vəzifəyə təyinatıma, təklif olarsa, canla-başla işləməyə hazıram. Mənim damarımda Azərbaycan türkü qanı axır, bir azərbaycanlı kimi həmişə ölkə futbolunda şərəf və ləyaqətimlə işləməyə hazıram. Bu etimad göstərilərsə, Allahın izni ilə uğurlu nəticələr qazana bilərik.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

5-09-2022, 15:0

Tərlan Əhmədovun "Kəpəz"dəki maaşı bəlli oldu

Premyer-liqa

25-01-2023, 11:0

Tərlan Əhmədov üçün xüsusi matç

Aktual / Ölkə futbolu

16-06-2023, 16:0

Tərlan Əhmədovun “qara siyahı”sında olanlar dilə gəldi - AÇIQLAMALAR

Aktual
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
Son xəbərlər
  • Bu gün, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Bu gün, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Bu gün, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Bu gün, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Bu gün, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Bu gün, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Bu gün, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Bu gün, 20:07
    Fransa klubunda ağır itki
  • Bu gün, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Bu gün, 19:00
    Messi fırıldaqçıdı?
  • Bu gün, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Bu gün, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Bu gün, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Bu gün, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Bu gün, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Bu gün, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Bu gün, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Bu gün, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Bu gün, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Bu gün, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Bu gün, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
Daha çox
Oxunub: 567
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 241
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 185
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə