• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İsrailli futbolçunun hərəkəti qalmaqal doğurdu

Dünya futbolu

17-01-2024, 18:0

Futbolun, ümumiyyətlə, idmanın siyasətdən uzaq olmasının vacibliyini tez-tez eşidirik.

“Football-plus.az” xəbər verir ki, amma bəzən elə olaylar baş verir ki, futbol istər-istəməz siyasətin bir parçasına çevrilir. Srağagün Türkiyə çempionatının 20-ci turu çərçivəsində “Trabzonspor” “Antalyaspor”un qonağı oldu. Qonaqların heyətində 2-ci dəqiqədə fərqlənən yunanıstanlı Taksiarkis Funtasın qoluna meydan sahibləri 68-ci dəqiqədə israilli Saqiv Yehezkelin qolu ilə cavab verdilər və görüş 1:1-lik bərabərliklə yekunlaşdı. Maraqlıdı ki, Yehezkelin qolunda ötürməni həmyerlisi Rəmzi Safuri verdi. Matça damğa vuran və hətta İsrail hökumətini belə hərəkətə keçməyə vadar edən olay isə Yehezkelin qol sevinci oldu.

İsrail rəsmiləri Türkiyəyə təyyarə göndərdi
28 yaşlı futbolçu qoldan sonra ekrana biləyinə bağladığı sarğının üzərindəki yazını nümayiş etdirdi. Orda “100 days... 7.10” ifadəsi yazılmış və yəhudilərin rəmzi sayılan “David ulduzu”nun şəkli çəkilmişdi. Bu jest İsrailə dəstək xarakteri daşıyırdı və ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubunda musiqi festivalı zamanı həyata keçirdiyi hücumdan sonra başlayan İsrail – Fələstin müharibəsinin 100-cü gününə həsr olunmuşdu. İsrail mətbuatının məlumatına görə bu yazı HƏMAS tərəfindən girov götürülənlərin azad edilməsi üçün İsrail hökumətinə edilən bir çağırışdı. Yehezkel, yəqin ki, bu hərəkətinin necə böyük hay-küyə səbəb olacağını dərk edirdi. Çünki Türkiyə Fələstinə dəstək verir. Buna baxmayaraq, bu hərəkəti etməyi lazım bildi.

Oyundan dərhal sonra “Antalyaspor” rəsmi bəyanatda milli dəyərlərin hər şeydən öndə olduğunu vurğulayaraq futbolçunun əsas komandadan kənarlaşdırıldığını açıqladı. Başqan Sinan Boztəpə Yehezkel ilə yolların ayrılacağını bildirdi. Çox keçmədən Türkiyə Futbol Federasiyası (TFF) və hətta Türkiyənin ədalət naziri də məsələyə qarışdı. TFF futbolçunun hərəkətini qınadı və “Antalyaspor”un onu komandadan kənarlaşdırmaq qərarına dəstək verdi. Məsələ getdikcə böyüyərək əsl qalmaqala çevrildi. Ədalət naziri Yılmaz Tunç bunları dedi: “İsrailin Qəzzada həyata keçirdiyi qətliamı dəstəkləyən çirkin hərəkətinə görə israilli futbolçu Saqiv Yehezkelə qarşı ”xalqı kin və düşmənçiliyə təhrik etmək” maddəsi ilə cinayət işi açılıb”. Bundan sonra Antalya Cümhuriyyət Prokurorluğunun təlimatı ilə Antalyanın hüquq-mühafizə xidmətinin və terrorla mübarizə şöbəsinin əməkdaşları Saqiv Yehezkeli həbs etdilər! Türkiyə mətbuatının yazdığına inansaq, həmin gün axşam saatlarında İsraildən Türkiyəyə xüsusi təyyarə göndərildi. Həmin təyyarə Yehezkeli və ailəsini Türkiyədən aparmalıydı. Gec saatlara qədər İsrail rəsmiləri Türkiyə ilə diplomatik təmas quraraq Yehezkelin təslim edilməsi (!) üçün danışıqlar apardılar. İsrailin Xarici İşlər Nazirliyi, eləcə də İsrailin Türkiyədəki səfirliyi olaylar başladıqdan sonra tez-tez Yehezkelə zəng vuraraq ona dəstək verdilər. Amma bu qurumların heç biri rəsmi açıqlama vermədilər. Onlar belə desək, pərdə arxasında qalmağa üstünlük verdilər.

Deportasiya!
Təbii ki, hadisə baş verən gün Yehezkelin buraxılması mümkün deyildi. Çünki ertəsi gün, yəni dünən onun ifadəsi alınmalı idi. Prokurorluq, sadəcə, ondan üzrxahlıq gözləyirdi. Bundan sonra futbolçu vətəninə deportasiya ediləcəkdi. İsrail yığmasının üzvü ifadəsində həmin hərəkətinə belə aydınlıq gətirdi: “Kimisə qıcıqlandırmaq və ya təxribata sürükləmək niyyətim olmayıb. Mən müharibəni dəstəkləyən insan deyiləm. Hər halda, Qəzzada əsir düşmüş İsrail əsgərləri var. Mən artıq 100 gündən çoxdu davam edən bu olayın bitməsinin tərəfdarıyam. Müharibənin bitməsini istəyirəm. Göstərdiyim işarə də məhz bu mənanı verir. Siyasətlə işim yoxdu. Bura gəldiyim gündən bəri heç bir siyasi hərəkətim olmayıb. Heç kimə qarşı hörmətsizliyim də olmayıb. Sadəcə, diqqət çəkmək istədiyim nöqtə o idi ki, müharibə başa çatsın”.

İfadəsi alınandan sonra futbolçu əvvəlcə istintaq prosesi davam etmək şərti ilə sərbəst buraxıldı. “TRT Spor”un məlumatına görə, sonradan Yehezkelin Türkiyədən deportasiya edilməsinə və israillilərə təhvil verilməsinə qərar verildi. Yeri gəlmişkən, bu futbolçu hər nə qədər ifadəsində Türkiyədə olduğu müddətdə heç bir siyasi hərəkətinin olmadığını bildirsə də, onunla bağlı daha öncə də bir olay yaşanmışdı. Bilindiyi kimi, Türkiyə çempionatının 9-cu turunda İsrailin o dönəm Qəzzadakı xəstəxanaya hücumu zamanı dünyasını dəyişən uşaqların xatirəsi bütün oyunlarda birdəqiqəlik sükutla yad edilmişdi. Həmin vaxt “Antalyaspor”un iki israilli üzvü – Yehezkel ilə Safuri 1 dəqiqəlik sükutda iştirak etmək istəmədikləri üçün onların adları “Qaziantep”lə oyunun iştirak ərizəsinə salınmamışdı! Onu da bildirək ki, Rəmzi Safurinin aqibəti bəlli deyil. Onun Antalyada qaldığı, yoxsa, Yehezkel ilə birlikdə İsrailə yola düşməsi barədə dəqiq məlumat yoxdu.
Maraqlıdı ki, bütün bu həngamədən sonra Türkiyə çempionatında top qovan daha bir israilli futbolçu vətəninə olan sevgisini nümayiş etdirmək qərarına gəldi. Söhbət “İstanbul BŞ”nin üzvü Eden Kartsevdən gedir. Sadəcə, Yehezkel həmin jesti qol sevinci zamanı etdisə, Kartsev eyni mənanı verən “100 bring them home now” ifadəsini sosial şəbəkədə paylaşdı. Klub tərəfindən dərhal bəyanat verildi. Orda klubun daxili intizam təlimatnaməsinə zidd hərəkət edən futbolçuya qarşı araşdırma başlanıldığı və ondan yazılı ifadə alınacağı qeyd olundu. Böyük ehtimalla bununla Kartsevin də Türkiyə karyerasına son qoyuldu!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-11-2023, 00:0

“Antalyaspor”da israilli futbolçularla bağlı yeni problem

Dünya futbolu

21-10-2023, 14:0

İsrailli futbolçular bu həftə meydana çıxmayacaq!

Ölkə futbolu

5-07-2022, 17:0

"Qəbələ" israilli futbolçunu transfer etdi

Premyer-liqa / Manşet

4-07-2022, 15:0

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Dünən, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Dünən, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Dünən, 11:23
    Flik niyə tələsmir?
Daha çox
Oxunub: 251
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 224
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 224
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 157
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 152
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə