"Sabah" və "Turan Tovuz" premyer-liqada yaranmış fasilə dönəmində yoxlama oyununda üz-üzə gələcək.
"Football-plus.az" xəbər verir ki, qarşılaşma sentyabrın 9-da “Bank Respublika Arena”da gerçəkləşəcək.
Görüş saat 17.00-da start götürəcək.
Qeyd edək ki, "Turan Tovuz" beş turdan sonra 9 xalla ikinci, "Sabah" isə 4 xalla səkkizinci pillədə qərarlaşıb.