1-ci liqada çempionluğa iddialı "İmişli"də gözlənilməz ayrılıq baş verib.
Liberiyalı legioner Tonia Tisdel bölgə təmsilçisiylə yollarını ayırıb. Liberiya yığmasının üzvünün klubdan ayrılmasının səbəbi nədi? "Football-plus.az" saytı olaraq, bu sualı aydınlaşdırmaq üçün "İmişli"nin İdarə Heyətinin sədri Aqşin Mürsəlova müraciət etdik:
"Tisdel "Şamaxı"yla matçda rəqib futbolçuya qarşı aşkar kobudluq etdi. Bunun nəticəsində həm 4 oyunluq cəzalandı, həm də komandamızı maddi ziyana saldı. Bu hərəkətiylə özünü də, klubu da çətin vəziyyətdə qoydu. Çempionatın 2-ci yarısında 12-13 qarşılaşma olacaq. Onların da hər biri bizim üçün finala bərabərdi. Belə məqamda 4 oyun Tisdelin xidmətindən məhrumuq. Həm cəzalı duruma düşdüyünə, həm dizindəki xroniki zədəyə, həm də çıxışı Əsgər müəllimi qane etmədiyinə görə onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik. Amma transfer çalışmalarına başlamışıq. Gedənlərin yerinə daha perspektivli və işimizə yarayacaq futbolçuları cəlb etməyi düşünürük. Bizə adlı-sanlı futbolçu yox, xeyir verən və gələcək üçüm daha çox faydalı oyunçu lazımdı".
ABDULLA İSMAYILOĞLU