“Real” baş məşqçisi Karlo Ançelottiyə yeni müqavilə təklif etməyə hazırlaşır.
“Football-plus.az” xəbər verir ki, “Diario AS” nəşrindən Tomas Ronseronun verdiyi məlumata görə, yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulacaq. O da xəbər verilir ki, Madriddə italiyalı məşqçidən, çoxsaylı ciddi zədələrə rəğmən, komandanı necə idarə etməsindən razıdılar. “Ağ şimşəklər” La Liqada “Jirona” ilə şərikli lider olmaqla yanaşı, Çempionlar Liqasında 1/8 finala qrup birincisi kimi çıxıb.
Braziliya yığmasını çalışdırmaq təklifinə gəlincə, Ançelotti hələ də “Real”ı üstün tutur, o ailəsi ilə söhbətdə izah edib ki, “Real” müqavilə müddətini uzatmağa qərar verərsə, İspaniyada qalacaq. Klub prezidenti Florentino Peres artıq Ançelotti ilə yeni müqavilə üzrə danışıqların qrafikini özü üçün müəyyənləşdirib – Səudiyyə Ərəbistanında yanvarda keçiriləcək Superkubok uğrunda oyunlardan sonra tərəflər masa arxasında əyləşəcək.
64 yaşlı mütəxəssis 2021-ci ilin iyulunda - Zinəddin Zidan ayrılandan sonra yenidən “sükan arxasına” keçib. Ançelotti həmin vaxtdan bəri komandaya Çempionlar Liqasını, La Liqa çempionluğunu, ölkə kubokunu və klublararası dünya çempionluğunu qazandırıb.
ORXAN
P.S. Sonradan klub rəhbərliyi müqavilə müddətinin 2024-cü ilin iyununda başa çatacaq müqavilənin müddətinin daha iki il artırıldığını açıqladı.