• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Gəncədə yalnız gəncəlilər işləməlidi” fikri düzgün deyil”

Premyer-liqa / Manşet

29-12-2023, 20:0

Vidadi Rzayev vaxtaşırı ölkə futbolunun vitrinində görünsə də, sanki hər dəfə də özünə yer edə bilmir.

Qısa müdddət çalışır və sonra uzun müddət kölgəyə çəkilir. Son vaxtlar görünməyən Rzayevlə dünən əlaqə saxladıq, bəzi suallarımıza cavab almağa çalışdıq.

- Vidadi Rzayev hazırda nə işlə məşğuldu?
- Heç bir işlə məşğul deyiləm. Bildiyiniz kimi, axırıncı iş yerim “Kəpəz” oldu. İndi isə işsizəm, istirahət edirəm.

- Hələ də “Kəpəz”ə, Gəncə futboluna sahib duran, sponsorluq edən yoxdu. Bunun əsas səbəbi nədi?
- Yəqin ki, “Kəpəz”də işləyənlər bu suala daha dəqiq cavab verə bilər. Mən həmişə demişəm ki, 10 komandadan doqquzunun sponsporu var, bircə “Kəpəz”in sponsoru yoxdu. İnşallah, “Kəpəzə”ə də bir sponsor çıxar və komanda daha uğurlu çıxış edər.

- Futbol ictimaiyyəti arasında belə fikir gəzir ki, gəncəlilər kənar mütəxəssislərin “Kəpəz”də işləməsinə imkan vermir, hər vəchlə mane olmağa çalışırlar. Bu fikri bölüşürsüzmü?
- Bu fikirlə razı deyiləm. Hamımız azərbaycanlıyıq, hamımız Azərbaycan vətəndaşıyıq, burda yaşayırıq. “Gəncədə yalnız gəncəlilər işləməlidi” fikri düzgün deyil. Gəncəlilərdən də kənar yerlərdə işləyən var. O zaman onlar da desinlər ki, gəncəlilər burda işləməsin... Ümumiyyətlə, dünya futbolunda da belədi ki, hansı məşqçi harda uğurludusa, orda da işləyir.

- Adil Şükürov “Kəpəz”ə baş məşqçi təyin olunandan sonra klubda nələr dəyişdi?
- Adil Şükürovun təyinatından sonra yaxşıya doğru dəyişiklik çoxdu. Hələ ki 14 xalları var, “Qəbələ” ilə axırıncı pilləni bölüşürlər. İnşallah, Adil Şükürov çalışar ki, komandanı elitada saxlasın.

- “Kəpəz”in ev oyunlarını Tovuzda keçirməsi haqda nə düşünürsüz? Bunun komanda üçün hansı mənfi və ya müsbət yönləri var?
- Bildiyiniz kimi, ötən mövsüm də əksər oyunlarımızı Qəbələdə keçirdik. Bölgələrə bölmək lazım deyil. Bura Azərbaycandı. Tovuz, həmçinin başqa şəhərlərimiz, rayonlarımız da bizə doğmadı. Mənə elə gəlir ki, bu heç bir mənfi təsir göstərməməlidi. Ötən mövsüm əksər oyunlarımızı Qəbələdə keçirməyimizə baxmayaraq, Tərlan Əhmədov komandanı elitada saxladı. İnanıram ki, Adil Şükürov da Tovuzda oynamalarına baxmayaraq, bu işin öhdəsindən gələcək.

- Ölkə çempionatını izləyirsizmi? “Qarabağ”a çempionluq mübarizəsində rəqib ola biləcək komanda görürsüzmü? Sizcə, Qurbanovun yetirmələrinin qarşısını almaq üçün nə etmək lazımdı? Komandalar qış fasiləsindən yararlanıb, heyətlərini gücləndirməklə buna nail ola bilərmi?
- Bu mövsüm də kiminsə “Qarabağ”a rəqib olacağına inanmıram. Məncə, Qurbanovun yetirmələri bu il də çempion olacaq. Onlarla rəqabət apara biləcək komandalar “Neftçi”, “Sabah”, “Zirə” olmalıydı. Hələ ki rəqabət apara bilən təkcə “Zirə”di. “Sabah” və “Neftçi”nin uğursuz çıxışı rəqabət aparacaq gücdə olmadıqlarını göstərir. Həmişə demişəm ki, yaxşı rəqabət apara bilmək üçün ilk növbədə yaxşı seleksiya aparmalısan. Yaxşı oyunçular seçib götürmək lazımdı. İllərdi “Qarabağ” eyni oyun oynayır, amma onunla rəqabət aparmağı bacarmırlar. Ona görə də fikrimcə, əsas amil seleksiya işidi.

- “Qarabağ”ın Avropa Liqasının pley-offunda “Braqa” ilə qarşılaşacağından, yəqin ki, xəbərdarsız. Ağdamlılar Portuqaliya təmsilçisini mübarizədən kənarlaşdıra bilərmi?
- “Braqa” Çempionlar Liqasında 3-cü yeri tutaraq sanballı bir qrupdan Avropa Liqasına gəldi. Çətin olacaq. Buna baxmayaraq, “Qarabağ”a inanıram. Bunun da öhdəsindən gəlib yeni bir tarix yazarlar.

- Yığmanın baş məşqçisini müəyyənləşdirmək üçün yaradılan İşçi Qrupun fəaliyyəti barədə nə deyə bilərsiz? Baş məşqçi postuna yerli, yoxsa əcnəbi mütəxəssisin gətirilməsi yönündə diskussiyalar gedir. Siz nə düşünürsüz?
- Həmişə yerli mütəxəssisdən yana olmuşam. İndiki durumda əcnəbi mütəxəssisin gəlməsi bizə lazım deyil. Bir çox veteran futbolçuyla danışıram. Əksəriyyəti millinin baş məşqçi postuna yerli mütəxəssisin gəlməsinin tərəfdarıdı. İşçi Qrup, AFFA rəhbərliyi nə qərar verəcək - bilmirəm. Ancaq səlahiyyət məndə olsaydı, yerli mütəxəssislərə üstünlük verərdim.

- Əfran İsmayılovun minifutbol komandası yaratdığı və bu komandaya sabiq milli üzvlərini topladığı məlumdu. Sizə təklif etdimi?
- Əfrana uğurlar arzulayıram. Yaxşı futbolçu olub, həm də yaxşı insandı. Doğrusu, mənə təklif etməyib, amma təklif etsəydi belə, mənim o yaşım deyil ki, gəlib minifutbol oynayım. Onunla bir yerdə “Kəpəz”də işləmişik. O, böyük futbolda da uğurlar qazandı, millimizi layiqincə təmsil etdi. Minifutbolda da ona uğurlar arzulayıram. Təklif etsə də sağ olsun, etməsə də.

- “Neftçi” uğursuz nəticələrə görə Adrian Mutu ilə yollarını ayırdı və Miodraq Bojoviçi ictimaiyyətə təqdim etdi. Mutuyla yolları ayırmaq doğru qərar idi? Yeni baş məşqçi flaqmana lazım olan uğuru gətirə biləcəkmi?
- Mutu “Neftçi”yə gələndən sonra demişdim ki, “Qarabağ”ın hegemonluğuna son qoyacaqsa, işləyə bilər. “Neftçi”yə bir flaqman kimi çempionluq lazımdı. Orda hamı çempionluq istəyir. Onsuz da baş məşqçinin gəlişi bir nəticə verməyəcəkdisə, onun gedişi də labüd idi. İkinci yer uğrunda yerli məşqçilərlə də mübarizə aparmaq olar. Hazırda ikinci pillədə olan “Zirə”nin çalışdırıcısı da yerli məşqçimiz Rəşad Sadıqovdu. Ona uğurlar arzulayıram. “Neftçi”nin indi istəyi yalnız birinci yerdi. Çünki illərdi “Qarabağ” ard-arda çempion olur. Ona görə də uğursuz çıxışa görə Mutu getməliydi. Mən veteran futbolçu kimi komandalarımızı yerli mütəxəssislərin çalışdırmasını istəyirəm. Qonşu ölkə Türkiyənin bütün uğurları yerli mütəxəssislərlə bağlıdı. Ən azı onlara baxıb nümunə götürmək lazımdı. “Neftçi”də problem təkcə məşqçidə deyil. Bildiyim qədəri ilə rəhbərlik səviyyəsində olan bir şeydi. Çünki, oyunçu seçimi var, oyunçunu komandaya gətirən var, menecer işləyən var və başqa işlər hamısı bir-birini tamamlamalıdı. Doğrudu, sonda qərarı məşqçi verir. Yəqin ki, o da uğursuz qərarlar qəbul edib. Komandaya legioner gətirib 1-2 oyun oynadandan sonra ehtiyatda saxlamağın yeri yoxdu. “Neftçi” kimi kluba səviyyəli, texnikalı legionerlər gətirmək lazımdı. Çünki bakılılar maliyyə baxımından heç də “Qarabağ”dan geri qalmır. Buna baxmayaraq, futbolçu seçimində ciddi səhvlərə yol verirlər. “Qarabağ”da isə düzgün qurulmuş sistem var və o sistemlə də hərəkət edirlər. Ümumiyyətlə, doğru legioner, düzgün transfer seçimində “Qarabağ” başqa komandalarımızı çox üstələyir. Çox nadir hallarda Ağdam təmsilçisi yanlış transferlər reallaşdırar. Ümumiyyətlə, belə bir yazılmamış qayda var ki, 8 futbolçu transfer edirsənsə, onlardan bir-ikisi doğru seçim olmaya bilər. Bu, uğurlu transfer siyasəti sayılır. Bütün bunları nəzərə alıb deyə bilərəm ki, “Qarabağ”ın hegemonluğuna son qoyacaq rəqib hələ ki yoxdu.

MİRKAMAL KAZIMZADƏ

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

24-01-2023, 13:0

Yaşar Vahabzadə: “Vidadi Rzayev kişidisə, düzünü desin"

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə