Azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri Xankəndiyə çatdı

21.12.2023 10:52 222
Ölkə kuboku
“Qarabağ” və MOİK arasında keçiriləcək ölkə kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər Xankəndiyə çatıb.

"Football-plus.az" xəbər verir ki, Bakıdan çıxan avtobuslar 6 saat yol qət ediblər.

Qeyd edək ki, qarşılaşma saat 14.00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.