DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa – Azərbaycan oyununun başlama saatı açıqlanıb.
“Football-plus.az” saytının məlumatına görə, Koşalin şəhərindəki idman zalında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da (yerli vaxtla 20.00) start götürəcək. Bu qarşılaşma Joze Alesio da Silvanın komandası üçün qrupda sonuncu olacaq.