• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Belə fikirlərin olmasını istəmərəm”

Premyer-liqa / Manşet

18-12-2023, 23:0

Misli premyer-liqasında “Qarabağ” “Neftçi”ni məğlub edib - 2:0.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter göstərmələri vacibdi. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. "Neftçi"yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. "Neftçi" kollektivi baş məşqçinin tapşırığını yerinə yetirdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım”.


- Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə qarşılaşacaqsız. Rəqib haqda nə deyəcəksiz?
- Çox maraqlanmadım. Bu gün fikrim "Neftçi" ilə oyunda idi. Çox az məlumat topladım. Potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına ciddi vəzifə qoyub. Portuqaliya klubları avrokuboklara çox ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. Dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadı. Hələ qarşıda 1-2 ay vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək.

- Həftəiçi tarixi qələbədən sonra "Neftçi" istisna olmaqla bütün klublar "Qarabağ"ı sosial şəbəkə hesabında təbrik etdi. Bu, sizin üçün xüsusi motivasiya oldu?
- Tam bilmirəm. Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdı. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Böyüdüləsi bir şey görmürəm.

- Növbəti oyunun nəticəsindən asılı olmayaraq fasiləyə qış çempionu kimi gedirsiz. Cəmiyyətdə belə fikir formalaşıb ki, "Qarabağ" və digərləri... Bu haqda fikriniz necədi?
- Özümüzü digərlərindən ayırmaq istəmərik. Çünki Azərbyacan futbolundakı birlik üçün bu turnir keçirilir. Sadəcə bu gün biz uğurluyuq. Sabah başqası ola bilər. Belə fikirlərin olmasını istəmərəm. Bu düşüncə ancaq bizə mane ola bilər. Çempionatın əvvəlində, ikinci dövrənin başlanğıcında böyük xal itkiləri oldu. Daha da məsuliyyətli olmalıyıq.

- "Braqa" ilə ilk görüşü səfərdə oynayacaqsız. Bu, üstünlükdü?
- Tam ətraflı danışa bilmərəm. Çünki rəqibi yaxından tanımırıq. Sadəcə bilirik ki, həmişə avrokuboklarda qəliz rəqiblərdən olub. Portuqaliyadakı komandalar həmişə böyük rezonans doğurur. Keyfiyyətli iş prinsipləri var. Portuqaliya bazarından Avropaya xeyli sayda futbolçu gedir. Nəticəni indidən düşünmək mənim üçün düzgün olmaz. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidi. Hər bir halda, bu, böyük rəqiblərə o qədər də təsir etmir. Konkret fikir bildirə bilməyəcəm. Çalışacağıq ki, ən düzünü edək.

- Oyunun gedişində iki dəyişiklik etdiz. Juninyo və Keyta vurulan qollarda effektiv idi. Öncədən planlaşdırırdız bunu?
- Dəyişiklik oyunun gedişatına görə oldu. Bəzi oyunçularda da yorğunluq var idi. Keyta çox vaxt sonradan oyuna çıxıb, qol vurur, qol pası verir.

- Kevin Medina "Braqa" ilə oyuna hazır olacaq? Hazır olmayacaqsa, həmin mövqeyə transfer edəcəksiz?
- Fevrala qədər hazır olmayacaq. Əməliyyatdan sonra bəlkə dörd ay çəkdi. Transferə gəlincə, desəm ki, konkret qarşımıza məqsəd qoymuşuq ki, mütləq mərkəz müdafiəçisi alacağıq, yox. Amma mentaliteti, oyunu bizə uyğun futbolçu olsa, yox demərik. Çünki biz ilboyu oyunçuları gözdən keçiririk. Bəzən elə futbolçu çıxır ki, onu əldən buraxmaq istəmirik. Variant çıxarsa, dəyərləndirəcəyik. Olmasa, belə davam edəcəyik.

- Növbəti oyununuz Xankəndidə MOİK-ə qarşıdı... Təəssüratlarınız necədi?
- Çox xoş. Səbrsizliklə bu oyunu gözləyirik. Allah qoysa, hər şey qaydasında olar. Məncə, təəssüratlarımı oyundan sonra daha çox bildirə biləcəm. Hər bir halda, bu oyuna çox ciddi hazırlaşacağıq. İstəyərik ki, yaxşı oynayıb, yaxşı nəticə əldə edək.

- Ondan üç gün sonra "Zirə" ilə qarşılaşacaqsız. Oyuna hazırlaşmaq üçün iki gün vaxtınız olacaq...
- Çətinlik barədə düşünmürəm. Gərginlik, yorğunluq ola bilər. Amma çətinlik haqda düşünmürəm. İlin sonudu. Dünən futbolçuların oynadıqları oyunlarına sayına baxırdıq, 30-31 matçdı. Hələ millidə oynayanlar əlavə 4-5 matça çıxıblar. Bu, ümumi fiziki yorğunluq, həm də psixoloji yorğunluq, gərginlik yaradır. Bu gün də şahidi olduq. Sanki hazırda bir az gücümüz azalıb. Bizdən gözləntilər çoxdu. Futbolçular məsuliyyətlidi. Gediş-gəliş, yol, süni örtük... Bu, futbolçuların hazırlığına problem yarada bilər. Amma ilk deyil. Tovuza gedib, sonra gəlib oyun oynamışıq. Avropada oynayıb, bütün gecəni yolda olub, qayıdıb oynamışıq. Peşəkar klubuq. Bu epizodlara çətinlik kimi baxsaq, uduzarıq. Əksinə, çalışırıq ki, futbolçular yaxşı motivasiya ilə kubok və çempionat oyununuda özlərini hazır etsinlər.

- Qəribə və xoş təsadüfdü ki, "Qarabağ" Xankəndidə ordu təmsilçisi ilə oynayacaq....
- Oyundan sonra fikir bildirsəm, daha yaxşı olar. Çox da danışmaq istəmirəm. Məncə, belə də olmalıdı. Ordumuza nə qədər təşəkkür etsəm, azdı. Şəhidlərimizə nə qədər rəhmət desək, yenə azdı. Qazilərimizə nə qədər dua etsək, azdı. Onlar bizdən çox yuxarıdadılar. Heç kimin düşünmədiyi, ağlına gəlməyən bir qalibiyyət əldə olunub. Başda ölkə başçısı olmaqla, inamla, güvənlə, mərdcəsinə qələbə qazanmışıq. Bəzi oyunlar olub ki, qələbəni dişinlə, dırnağınla çıxarırsan. Bunun ləzzəti başqadı. Xalqımızın birlikdə olması tarixdi. Əvəzolunmazdı. Biz evimizdə otururduq, o cür oğlanlar, kişilər, nələrdən keçirdilər. Əsgərlərimiz, ordumuz həmişə bizdən yuxarıdadı. Allah ordumuzu, xalqımızı qorusun.

- Qış hazırlığı ilə bağlı planlarınız hazırdı?
- Hazırdı. Vaxt olaraq heç nə edə bilmirik. Yanvarın 5-dən Bakıda olacağıq. Vaxt itirmək istəmədik. Qarşıda sıx qrafik başlayacaq. İstədim ki, Bakıda olaq. Vacib olan futbolçuların sağlam olmasıdı. İstəyərdim ki, futbolçularım evlərinə sağlam gedib, sağlam gəlsinlər. Gələn il mütləq daha yaxşı olmalıyıq. Rəqiblər bizə çox ciddi yanaşır.

- Yutub platformasında "Qarabağ" - "Neftçi" matçını 15 min adam izləyirdi... Onları necə stadiona cəlb edək?
- Hər oyunda belədi. Gələcəklər. Edəsi bir şey yoxdu. Yutubdan baxanlar da bizim azarkeşlərdi. Yaxın adamlarım var, deyirlər ki, efirdən baxanda daha yaxşı olur. Çünki epizodlara təkrar-təkrar baxmaq istəyirlər. İnsanları məcbur edə bilmərik. Bizim azarkeşlərimiz çoxdu. Onların hər birinə təşəkkür edirəm. Şəhərdə, rayonda, kənddə olanda nə qədər insan gəlir. Futbolçularıma, kluba təşəkkür edirlər ki, uğurlar qazanırıq.

- Antalya toplanışının ən vacib məqamı yoxlama matçları idi. Bəs Bakıda hansı komandalarla oynayacaqsız?
- Çox oyun oynamağa vaxtımız da yoxdu. Çünki planımız futbolçuları bərpa etməkdi. Bir tam ciddi rəqib olmalıdır, bir də öz aramızda iki tərəfli oyun planlaşdırırıq. Çünki ayın 23-də oyunumuz olacaq. "Zirə" ilə qarşılaşmaq mümkündü. Ən real variantlardan biri odu.

- Aleksey İsayevin "Qarabağ"a keçə biləcəyi xəbərləri yayılıb...
- Maraq ola bilər. Yerlilərdən çox futbolçuya maraq var. Bəzən elə anlar var ki, biz nə oyunçuya təklif edə bilərik, nə də rəhbərliyə. Çünki hamı yerli, yaxşı oyunçuya ehtiyac duyur. Amma Aleksey bizə təklif edilsə, yox demərəm. Lakin bizim ona nə ciddi təklifimiz var, nə də marağımız var.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

11-07-2023, 22:0

“Futbolçular üçün oynamaq elə də asan deyildi”

Premyer-liqa / Manşet

20-08-2023, 22:0

"Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdı"

Premyer-liqa / Manşet

28-11-2022, 22:0

"Görünür ki, lap yaxşı istirahət ediblər" - Qurban Qurbanov

Premyer-liqa

30-10-2022, 17:0

“Çox vacib qalibiyyət əldə etdik” - Qurban Qurbanov

Premyer-liqa / Manşet

19-02-2023, 21:0

Qurban Qurbanov: "Özümə görə yox, "Qarabağ" və Azərbaycanın adının çəkilməsinə görə şadam"

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə