“Bizim üçün rəqibin heç bir fərqi yoxdu” – Çəlikəl belə dedi

17.12.2023 21:15 521
Manşet / Avropa Liqası
Bildiyiniz kimi, "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasının pley-offuna vəsiqə qazanıb.

Rəqib isə sabahkı püşkatma mərasimində müəyyənləşəcək. Hazırda ağdamlıların 8 potensial rəqibi var: “Qalatasaray” , “Lans” , “Braqa” , “Benfika”, "Şaxtyor", “Milan”, “Yanq Boyz”, "Feyenoord".

Bəs görəsən, belə bir imkan olsaydı, "köhlən atlar" pley-offda 8 komandadan hansını özünə rəqib seçmək istəyərdi? Bu sualı "Qarabağ"ın direktoru Əmrah Çəlikələ ünvanladıq. Onun "Fooball-plus.az"a dedikləri:

"Bizim üçün rəqibin heç bir fərqi yoxdu. Qarşımızdakı komandanın kimliyindən asılı olmayaraq, adımıza yaraşan şəkildə mübarizə aparacağıq. Sonrakı mərhələyə keçmək üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq".


GÜNAY SÜLEYMANOVA