"Qarabağ"ın potensial rəqibləri: "Qalatasaray", "Milan", "Benfika"...

14.12.2023 10:31 178
Avropa Liqası
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, turnirdə 1/8 finala yüksələn komandalarla yanaşı, mübarizəni Avropa Liqasında davam etdirənlər də məlum olub.

8 kollektiv bu turnirdə qrup ikincisi olan komandalarla qarşılaşacaq. Ölkə çempionu "Qarabağ" da ikinci olmaq şansına sahibdi. Təmsilçimiz qrupdan çıxsa, bu rəqiblərdən biri ilə qarşılaşacaq:

“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord" (Niderland)
“Yanq Boyz" (İsveçrə)
"Milan" (İtaliya)
"Şaxtyor" (Ukrayna)