• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” - məcburi köçkün hekayəsi: Azərbaycanlılar 30 ildən sonra doğma yurdlarına qayıtdılar

Aktual / Ölkə futbolu

16-12-2023, 13:0

Qarabağ müharibəsi zamanı dağıdılmış “ruh şəhər” Ağdamın komandası “Qarabağ” Azərbaycan Kubokunda 1/8 final matçını Xankəndində oynayacaq.

“Yollarımız və şəhərimiz viran edilib, amma Ağdama qayıtmaq hər şeydən dəyərlidi".

Ağdam rayonu topun yuvarlandığı yerdən asılı olaraq təhlükəsiz olma riski olan bölgələrdən biridi. “Ruh şəhər”in ətrafındakı bəzi ərazilər hələ də minalarla doludur və bunlar dünyaya burada otuz ildir heç kimin yaşamadığını xatırladır. Bu, 30 il davam edən və sentyabrda cəmi 23 saat ərzində başa çatan münaqişənin fəsadlarıdır. Aylardı ki, bütün ölkə ərazisində azərbaycanlılar “Qarabağ Azərbaycandı” yazılmış lövhələr və pankartlar nümayiş etdirməyə davam edirlər.

“Qarabağ” - məcburi köçkün hekayəsi: Azərbaycanlılar 30 ildən sonra doğma yurdlarına qayıtdılar


“Qarabağ” üçün dirçəliş matçı

Bakıdan qərbdə, ən azı altı saatlıq məsafədə yerləşən Ağdamda həyatın normal vəziyyətə qayıtması üçün uzun illər lazım olacaq. Azərbaycan hökuməti şəhərdəki evlərin, meydanların və hər şeydən əvvəl “Qarabağ”ın doğma evi olan köhnə “İmarət” stadionunun yenidən qurulmasını həyata keçirəcək. 1993-cü ilin iyulunda bir gün içərisində boşaldılan Ağdamın yenidən Azərbaycana qayıtması 30 il çəkdi.

Azərbaycanın Avropadakı ən yaxşı klubu olan “Qarabağ” 30 il əvvəl son ev oyununu öz şəhərində, artıq mövcud olmayan “İmarət”də keçirib. Həmin matçdakı qollardan birini bu gün doğma şəhərinə qayıtmağa hazırlaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun köməkçi məşqçilərindən olan Müşfiq Hüseynov vurub. “Köhlən atlar ” Azərbaycan Kubokunun 1/8 final matçında dekabrın 21-i Ağdamın yaxınlığında yerləşən Xankəndində Qarabağın azad edilməsindən sonra ilk dəfə öz xalqının və azarkeşlərinin qarşısına çıxacaq.



Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın ortalarında şəhərin mərkəzində dövlət bayrağını ucaltmasından sonra Xankəndi şəhər stadionunda oturacaqların təmirinə başlanıldı. Hökümətin planına əsasən stadion 2026-cı ilədək yenidən qurulacaq.

“Qarabağ” həmişə qalib olub

“Qarabağ” son on ildə doqquz dəfə ölkə çempionu adını qazanıb, 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Eyni zamanda, İtaliyanın “İnter”, “Roma” və “Fiorentina” klublarına avrokuboklarda rəqib olub.

“Qarabağ” şahmat və güləşin çox populyar olduğu Azərbaycanda ölkə futbolunun brilyantıdı. Azərbaycan öz təzadlarını harmoniya içində yaşayan ziddiyyətlər ölkəsidi. Bakı Sovet İttifaqının mirası olan binalar və Dubaysayağı göydələnləri ilə öyünür. Bundan başqa, Bakıda dünyada futbol hakiminin adını daşıyan yeganə stadion olan Tofiq Bəhramov adına Respublika stadionu da var. 1966-cı il iyulun 30-da dünya çempionatının finalında topun qatı xəttini keçdiyini təkidlə bildirən hakim İngiltərənin dünya çempionu olmasına səbəb olmuşdu.

“Qarabağ” avrokubok matçlarını Tofiq Bəhramovun adına daşıyan stadionda, çempionat matçlarını isə 2015-ci ildə istifadəyə verilən “Azərsun Arena”da keçirir. 21 dekabrda komanda yenidən Qarabağda - Xankəndində meydana çıxacaq. Bu qarşılaşmanı yenidən dirçəliş matçı və ya evə qayıdış oyunu kimi də qələmə vermək olar.



Müharibə səbəbindən on ildir ki, Donetskdə meydana çıxmayan "Şaxtyor"u qabaqlayan Avropanın ən uzun müddət məcburi köçkün həyatı yaşayan klubu “Qarabağ”ın həsrəti MOİK ilə oyunda sona çatacaq. “Qarabağ” klubunun bir qrup futbolçusu və texniki heyəti 2020-ci ildə Ağdamı – şəhərin dağıdılmayan yeganə tikilisi olan Ağdam məscidini ziyarət edib. MOİK ilə matç müharibədə ailə üzvlərini itirən azərbaycanlılar üçün tarixi gün kimi yaddaşlarda qalacaq.

Vüqar Nadirovun hekayəsi

Ağdam klubunun heyətində çıxış etmiş futbolçular arasında 2009-2015, daha sonra 2016-2017-ci illərdə "Qarabağ"da mərkəz hücumçusu kimi oynamış Vüqar Nadirov da var. O, 2014-cü ildə "İnter"ə də qarşı Milanda meydana çıxıb. Vüqar 1987-ci ildə Ağdamda doğulub və atası Birinci Qarabağ müharibəsində şəhid olub.

Vüqardan Ağdam ilə bağlı soruşduqda bir qədər susur və deyir:

“5 yaşım var idi, şəhərdən qaçanda qorxmuş insanların üzündəki boşluq hissini xatırlayıram. “Qarabağ”la 2020-ci ildə Ağdama qayıdanda hələ də izah edə bilmədiyim bir hiss, xoşbəxtliklə dolu həzin anlar yaşadım. Bir tərəfdən öz şəhərimi yenidən görməkdən çox xoşbəxt idim, digər tərəfdən isə yox, çünki işğaldan əvvəlki o küçələr, o binalar artıq yox idi. Ancaq doğma torpaqlarımıza geri qayıtmaq futboldakı istənilən qələbəyə dəyər”.


Vüqarın atası 1993-cü ildə şəhid olub. Onun qəbri Bakının ən yuxarı hissəsində yerləşən “Alov qüllələri”nin ətəyində münaqişəyə həsr olunmuş xiyabandakı minlərlə qəbir daşlarından biridi. Ora funikulyorla da qalxmaq olar. Artıq həyatda olmayanların ağ-qara üzləri Bakının ən hündür nöqtəsindən Xəzər dənizinə baxır.

Vüqar davam edir:

"Atam qəhrəmandı. Bəzən mən onun üzünü xatırlamaqda çətinlik çəkirəm, çünki o vəfat edəndə 6-7 yaşım var idi. Oğluma onun adını vermişəm; Ərşad Nadirov. İndi Ərşad “Qarabağ”ın yeniyetmələrdən ibarət komandasında futbolçu kimi yetişir”.

Dirçəliş, yenidənqurma

“Qarabağ”da komandanın heyəti fərqli mədəniyyətlərin kəsişdiyi məkandır: iki kabo-verdeli, iki braziliyalı, üç fransız, iki monteneqrolu, Əlcəzair, Rusiya, Kolumbiya, Albaniya və Gürcüstandan olan futbolçular.

Bütün karyerasını “Qarabağ”da keçirən kapitan Maksim Medvedev MOİK ilə matçdan əvvəl komanda yoldaşlarını soyunub-geyinmə otağında bir araya gətirəcək və onlara hər şeyin başladığı yerdən yenidən dirçəlişin nə demək olduğunu izah edəcək. Hansıki 3 il əvvəl həmin yerdə hər addım yaşamaq və ya ölmək arasında fərq yarada bilirdi. Dekabrın 21-də futbol topu evin - Ağdamın yaxınlığında problemsiz formada yenidən diyirlənəcək və 30 illik səssizliyə son qoyulacaq…

Fərid Qarazadəyə əməkdaşlığa və köməyə görə təşəkkür edirik.

Məqalə İtaliyanın və dünyanın məşhur idman qəzetlərindən olan "La Gazzetta dello Sport"a məxsusdu.

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

27-05-2022, 21:0

"Qarabağ" Azərbaycan kubokunun sahibi oldu - YENİLƏNİB

Premyer-liqa / Manşet

22-10-2023, 18:0

Xankəndinə getmisiz, əcəb etmisiz! Bəs niyə danışmırsız?

Aktual
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Son xəbərlər
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 99
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə