“Fəryad” filimində Xoren “Qarabağ, dərdim mənim”, - deyə fəryad edirdi.
Bizim xalq da son üç ildə “Xankəndi, dərdim mənim” deyə-deyə qalmışdı. Sağ olsun ordumuz, bu problemi həll etdi. 23 saat 40 dəqiqə ərzində bütün Qarabağı terrorçulardan təmizlədi.
İndi Xankəndində minə yaxın erməni qalıb. Onların da çoxu qocalardı. Bir müddət öncə “Futbol+” qəzetində “Xankəndinə futbolun qayıtmağın üç yolu” sərlövəli yazım dərc olunmuşdu. Orda bildirmişdim ki, “Qarabağ” bu mövsüm azı 2-3 oyununu bu şəhərdə keçirməlidi. Deyəsən, təkliflərimiz qəbul olunur. Mediada yazılanlara inansaq, “köhlən atlar” cari “futbol ili”ndə bir sıra matçlarını Xandəndindəki stadionda keçirəcək. Hətta Azərbaycan kubokubunun finalı burda keçiriləcək. Əla təşəbbüsdü. “Futbol+”də yazdığım iki təklif qəbul olunur. Mənim üçün sevindirici məqamdı. Amma “Qarabağ” rəsmiləri bu məsələ ilə bağlı açıqlama verməkdən çəkinirlər. Başa düşmürəm ki, niyə? Xankəndi bizimdi, Qarabağ bizimdi. Kimin cəsarəti çatar ki, Əmrah Çəlikəllə Asif Əsgərova bu şəhərdəki stadiona səfər etdiklərinə görə nəsə desin? Onların səfərlə bağlı fikirlərini öyrənmək media nümayəndələrinin borcudu. Biz cəhd etdik, amma istəyimiz qəbul olunmadı. Amma kimsə “Qarabağ”ın Xankəndində oyun keçirməsinə nəsə deyə bilməz. Ən azı buna mənəvi haqqı çatmır. Xankəndi Azərbaycandı. Həmişə də belə olacaq...
İLKİN SULTANLI
Xankəndinə getmisiz, əcəb etmisiz! Bəs niyə danışmırsız?
Premyer-liqa / Manşet




