“Hər şey maliyyə ilə bağlıdı” – hakimlər gedir, yoxsa getmir?

14.12.2023 23:51 257
Ölkə futbolu / Manşet
Azərbaycanın futbol klubları kimi, hakimlər də qış fasiləsində ənənəvi toplanışa yığışır.

Düzdü, son illər onların ölkə xaricinə çıxması müşkül məsələyə çevrilib. Bəs bu il necə olacaq? AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:
“Hakimlərin ölkə xaricində - Türkiyədə toplanış keçməsi nəzərdə tutulub. Amma, hər şey maliyyə ilə bağlıdı. Hələ ki toplanışın ölkə xaricində olub-olmayacağı dəqiqləşməyib”.


MİRKAMAL KAZIMZADƏ