Eh, İşçi Qrup, İşçi Qrup...

12.12.2023 17:53 228
Ölkə futbolu / Manşet
AFFA İcraiyyə Komitəsinin noyabrın 22-də keçirilən fövqəadə iclasında “Azərbaycan milli komandasının baş məşqçisi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi İşçi Qrupunun yaradılması” haqda qərar verildi və həmin vaxtdan artıq 20 gün keçib.

Bu məsələnin nə yerdə qalması ilə bağlı yenidən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:

“Bununla bağlı hansı qərar qəbul olunarsa, saytlarda, sosial şəbəkələrdə yerləşdirə biləcəyik. Buna görə də rəsmi bir şey deyə bilmirik”.

MİRKAMAL KAZIMZADƏ