“Hələ ki məsələ açıq qalır” – İşçi Qrupdan nə xəbər?

5.12.2023 22:15 268
Yığma / Manşet
AFFA İcraiyyə Komitəsinin noyabrın 22-də keçirilən fövqəladə iclasının iki qərarından biri “Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi İşçi Qrupu yaradılması” haqda idi.

İclasın üzərindən iki həftə ötüb. Bütün ölkə İşçi Qrupun fəaliyyət istiqamətlərindən xəbər tutmaq istəyir. Tənbəllik etməyib bu gün növbəti dəfə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə üz tutduq:
“Hələ ki məsələ açıq qalır. Yaxın vaxtlarda bununla bağlı rəsmi məlumat verəcəyik”.


MİRKAMAL KAZIMZADƏ