Frank de Burun “Əl-Cəzirə” ilə əməkdaşlığı yarım il çəkib.
"Football-plus.az" xəbər verir ki, o, baş məşqçi vəzifəsindən istefaya göndərilib. Bu barədə Birləşmiş Ərəb Əmirlikləri klubunun saytı məlumat yayıb. Niderlandlı mütəxəssis ilə bağlı komandanın zəif nəticələrinə görə belə qərar verildiyi bildirilib. De Bur bu ilin iyun ayından “Əl-Cəzirə”nin baş məşqçisi idi. 53 yaşlı mütəxəssisin rəhbərliyi altında 14 oyun keçirən komanda 6 dəfə qələbə qazanıb, 5 dəfə uduzub, 3 dəfə isə heç-heçə edib.