“Football-plus.az” “Qarabağ”ın sabiq oyunçusunun, “Yurqorden”ə məhz Ağdam klubundan yollanan hücumçunun fikirlərini öyrəndi:
“Qarabağ” mənim doğma komandamdı. Həmişə burdakı heyət, məşqçilər və dostlarım üçün çox darıxıram. Onlar həyatımın, karyeramın bir hissəsidi. Hər biri ilə çox yaxşı münasibətim var. Ayrı-ayrılıqda hər birini çox istəyirəm, mənim qəlbimdədilə. Bu hər zaman belə olacaq. Axşamkı oyunu stadiondan izləyəcəm və böyük həvəslə komandamıza azarkeşlik edəcəm. Dua edirik ki, “Qarabağ” qalib gəlsin və futbolumuz daha bir tarix yazsın, yeni səhifə açsın”.
GÜNAY SÜLEYMANOVA


