Əyyub Allaşla Lukas Afrikonun münasibətləri korlanıb?

14.12.2023 15:30 190
Aktual / Premyer-liqa
"Qəbələ" - "Kəpəz" qarşılaşması zamanı meydan sahibi komandanın heyətində Əyyub Allaşla Lukas Afriko arasında söz davası yaşandı.

Belə ki, "Kəpəz" tam gücüylə irəli atılarkən Allaş Afrikoya "dayanma, qaç, təzyiq et!" deyə qışqırdı. Braziliyalı cavabında "öz işinlə məşğul ol! Oyununu oyna” dedi. Bu qarşıdurmanın səbəbi aydınlaşdırmaq üçün futbolçularla əlaqə yaratmağımız mümkün olmadı. Sonda klubun mətbuat katibi Asəf Zeynallıya müraciət etməli olduq:

"Bilmirəm, siz bu dialoqu necə eşitmisiz, ümumiyyətlə, belə dialoq yaşanıb, ya yox. Futbolçular arasında heç bir problem yoxdu. Hər şey qaydasındadı".

ABDULLA İSMAYILOĞLU